Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Ürək üçün ən zərərli beş dərman

24.04.2018 11:40 4 917
Ürək üçün ən zərərli beş dərman
Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.

Median.Az
“mir-press.com”a istinadən xəbər verir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.

Ekspertlər “böyük beşliyə” daxil olan ağrıkəsicilərin (ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminə təsirlərini hərtərəfli şəkildə araşdırıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.

Statistika göstərir ki, diklofenakın qəbulu hər 245 nəfərdən birində insult və ya ürək çatışmazlığına səbəb olur. Naproksendə isə analoji təsirlər 1/214 nisbətində olub.

Ağrıkəsicilər arasında ürək üçün ən az ziyan mefamin turşusunda qeydə alınıb. Sözü gedən dərmanı qəbul edən 394 xəstədən yalnız birində insult və ya ürək çatışmazlığı müşahidə olunub.

Son xəbərlər