Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

İpoteka ilə ev almaq istəyənlər – MÜTLƏQ OXUYUN – VİDEO

23.04.2018 16:31 2 285
İpoteka ilə ev almaq istəyənlər – MÜTLƏQ OXUYUN – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində ipoteka kreditləri barədə maraqlı sujet yayımlanıb.

Ölkədə mənzil problemi illərdir həllini gözləyən məsələlərdəndir. Bu baxımdan hökumət əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ipoteka elementini əsas götürüb. Mənzil fondunda mənzilə ehtiyacı olan ailələrin sayına nəzər salanda görünür ki, orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12, Bakı şəhəri üzrə 11 m²-dir. Əslində bu rəqəmlərin özü əhalinin mənzil şəraitinin hansı vəziyyətdə olmasını açıq göstərir. Məsələnin başqa bir tərəfi də bazarda olan qiymətlər aztəminatlı ailələrin imkanına uyğun deyil. İqtisadçı Samir Əliyev hesab edir ki, problemin əsas hissəsi ilkin ödənişin çox olmasıdır.

Samir Əliyev (İqtisadçı): “Ümumilikdə kredit faizləri aşağı düşməlidir ki, ipoteka faizlərinə təsir göstərsin. İpoteka fondunun buraxdığı istiqrazlar illik 3 faiz təşkil edir. Bu istiqrazlar bir o qədər də banklar üçün cazib deyil”.

İpoteka götürmək üçün tələb olunan minumum əmək haqqı 500 manatdır. Ancaq bu gün kifayət qədər insan rəsmi əmək haqqının tam göstərilməməsi ucbatından bu imkandan istifadə edə bilmir. Bu gün sosial ipoteka krediti daha çox dövlət qurumlarında çalışanlara şamil olunur. İllik faiz dərəcəsi də adi ipotekada 8 sosial ipotekad 4 faizdir.

Rəşad Əliyev (Ekspert): “İqtisadi reallıqları nəzərə aldıqda 4 faiz həqiqətən də aşağı görünsə də, ev alışı üçün çox yüksək rəqəmdir”.

Başqa bir məsələdə var ki, bu gün ipoteka krediti verilərkən ailənin ödəmə qabiliyyəti də nəzərə alınır. Aşağı təminatlı ailədən danışılırsa burda gəlirlərin eyni ancaq sosial vəziyyətin fərqli olur.

Ekspert Rəşad Əliyev İpoteka predmetinin həmin ailələr üçün əlçatan olması üçün mütləq uşaqların sayının nəzərə alınmasını təklif edir:

“Hazırkı şərtlərdən belə çıxır ki, bütün ailələr eyni cür mənzil ala bilər. 4 uşağdan ibarət olan ailənin gəliri bir uşağı olan ailənin gəliri ilə eynidirsə, eyni cür ev ala bilərlər”.

Əlçatanlığı təmin etmək üçün başqa bir məsələ ucuz evlər mexanizimi işlənilməsidir ki, bu yaxınlarda hökümət tərəfindən sosial mənzillərin satışı elan olundu. Burada hər kvadrat metr üçün mövcud bazar qiymətinə uyğun orta hesabla 950 manat hesablanıb. Hər bir halda bu digər alternativ imkanlardan daha üstün sayılır.

Son xəbərlər