Mojo.az Banner
16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İpoteka ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

09.11.2023 13:10 1 506
İpoteka ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir.

Hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq.

Digər bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha əlçatandır.

"Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur.

Bu başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”, - deyə R.Osmanlı bildirib.

Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür.
"Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin.

Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, - deyə R.Osmanlı bildirib.

Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 833 milyon 541 min 141 manatdır.скачать dle 11.3
Mojo.az Banner