Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

Şok etiraf: “Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim”

17.04.2018 13:41 10 227
Şok etiraf: “Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.

Median.Az
-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısının istəyi ilə S.Məmmədsalayevanın ifadəsi elan edilib. Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işlədiyini deyib:

"2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edildim. Həbsimin səbəbkarı Surxay və Hikmətdir. Boşanandan sonra A.Quliyev (şərti) ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, sevgilimlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib sonra şantaj edərək pul alacağımızı dedi. Surxay mənə tapşırdı ki, rayonların birində vəzifə tutan şəxslə görüşüb intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedilər.

Daha sonra paytaxtda vəzifədə işləyən başqa bir şəxslə münasibət qurdum. O, mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. Onu şantaj edib 10 min manat almışdı. Mənə də min vermişdi. Bunu Surxay deməsə də, həmin adam özü mənə demişdi".

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib və həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğu üçün hakimin göstərişi ilə iclas qapalı keçirilib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb.скачать dle 11.3
Mojo.az Banner