Mojo.az Banner
21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

09.04.2018 16:21 6 832
“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO
Aprelin 7-də Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqindən yeni videogörüntülər yayılıb.

Median.Az
-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, videogörüntülərdə kimyəvi hücumun qurbanlarının gözü açıq, burunlarından və ağızlarından gələn donmuş ağ köpüklə əks olunub.

Ölənlərin çoxu körpələr və uşaqlardır.




Uşaqlardan birinin atası qızının cəsədi üstündə ağlayaraq deyir:

“Qızım, bağışla. Bax, sənə nə almışam. Oyan! Üzünü görmək istəyirəm. Şokolad istədiyini de”.




Başqa bir videoda isə bir ata oğlunun cəsədinin yanında “Ruhun şad olsun, Məhəmməd. Sən artıq cənnətdəsən”, - deyə ağlayır. 




Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.

Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) 4 aprel 2018 saylı hesabatında, Bəşər Əsəd rejiminin ötən il 11 dəfə kimyəvi silah istifadə etdiyi bildirilir.

SNHR-nin məlumatına görə, Suriyada müharibənin başlanğıcından bəri Əsəd rejimi 214 dəfə kimyəvi silah istifadə edib. Dumada olan kimyəvi hücum 215-ci olub.

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.скачать dle 11.3
Mojo.az Banner