Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Dollar qalxsa, evimiz yıxılacaq” - Qızıl bazarında alıcılar qan ağladı - FOTOLAR

07.04.2018 16:50 13 250
“Dollar qalxsa, evimiz yıxılacaq” - Qızıl bazarında alıcılar qan ağladı - FOTOLAR
Dünya bazarında COMEX-də sonuncu hərraclarda qızılın qiymətinin 7,60 dollar bahalaşaraq 1 336,10 dollara çatıb. Bəs bu qiymət artımı ölkəmizdəki qızıl bazarına təsir göstəribmi?

Yenicag.az qızıl bazarındakı hazırki vəziyyətlə maraqlanmaq üçün paytaxtın qiymətli metal satışı ilə məşğul olan ən böyük ticarət məkanına – Mərkəzi Univermağa yollandıq.



Satıcılar dünya bazarındakı qiymət artımının Azərbaycandan da yan keçməyəcəyini, qızılın qiymətinin kəllə-çarxa çıxacağını bildiriblər:“Çox güman ki, yaxın günlərdə qiymətlər qramına görə azı beş manat artacaq. Elə indidən qiyməti qaldıranlar da var”.



Necə deyərlər, “iki cüt, bir tək” alıcısı olan” ticarət məkanında satıcalar qiymət artımından çox, alıcı qıtlığından şikayətləndilər: “Səhərdən hələ “siftə” etməmişəm. Mallar tökülüb qalıb üstümüzdə, alan yoxdur. Gərək camaatda pul olsun ki, qızıl da ala bilsin. Uşağına toy edənlər gəlir, bir də hədiyyə alırlar. Onların da çoxunun aldığı ucuzqiymətli türk qızıllarıdır. Xanımların çoxu bahalı dəstlərə baxıb, gözlərinin qurdunu öldürürlər”. Satıcıların bəziləri qiymətdə endirim etsələr də, çoxu qızıl məmulatlarını saxlamağa üstünlük verir:“Qızılın həmişə alıcısı olub, ucuz olsa, saxlayıb sonra baha satacağıq”,- deyirlər.



Alıcılar isə qiymətin bahalığından şikayətlənir. Oğlunu evləndirmək üçün qızıl almağa gələn Təranə Qafarova cibinə uyğun “dəst” tapa bilmədiyini dedi:“Qiymətlər od tutub yanır, əlimdə olan məbləği də qızıla versəm, oğlumun toyunu necə edəcəm? Yaxşı dəst 900-1200 manatdır. Bunun zənciri, bilərziyi də var. Satıcılar deyir ki, yaxın vaxtlarda qızılın qiyməti də artacaq. Dünən internetdə də oğlum oxuyub ki, qızılın qiyməti qalxacaq. Dollar qalxsa, evimiz yıxılacaq, oğlum nişanlıdır, hələ heç nə almamışam. Qızılın da qiyməti “ceyranın belinə” çıxacaq. Belə getsə, keçmiş zamanlardakı kimi, qıza elə bir üzük aparsaq, şükr edəcəyik”.



Öyrəndik ki, ticarət məkanında “585” və “583” əyarlı türk və rus qızıllarından hazırlanan zinnət əşyalarının dəstinin qiyməti qramına görə 500 manatdan başlayır. Bu əyardan olan qızılların qramının qiyməti isə 65-70 manat arasında dəyişir. “750” əyarlı İtaliya qızılının bir qramının satış qiyməti isə 80-95 manat arasında dəyişir.



Qızılın “lom” (xammal) qiymətləri – rus və türk qızıllarının bir qramının “lom” qiyməti 40-42, İtaliya qızılının “lom” qiymətinin qramı 50-52 manata alınır.

Dediklərinə görə, bir neçə həftə əvvəllə müqayisədə qiymətlər 2-3 manat civarında dəyişib.

Son xəbərlər