Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qızıl niyə bahalaşır?

04.01.2024 22:05 2 019
Azərbaycanda qızıl niyə bahalaşır?
Azərbaycanda bahalaşma qızıl bazarına da sirayət edib. Ekspertlər bahalaşmanı dünya bazarındakı qiymətlərlə əlaqələndirirlər.
 
Bu mövzuda “Yeni Sabah”a danışan iqtisadçı Elşən Bağırzadə bildirir ki, ümumən dünya qızıl bazarında qiymət artımı ABŞ Federal Ehtiyatlar Sistemi (FED), başqa sözlə, ABŞ Mərkəzi Bankının 2024-cü ildə ehtimal olunan faiz endirimi ilə bağlıdır:
 
"Gözləntilərdə qeyri-müəyyənlik var. FED faiz yüksəlişində zirvəyə çatdığını elan etsə də, 2024-cü ildə endirimə gedəcəyini açıq şəkildə bəyan etməmişdir. Səhm bazarlarında dəyişikliklər investorları daha güvənli investisiya alətlərinə yönəlməyə sövq edir. Daha güvənli investisiya alətlərindən biri də qızıldır. Buna görə də, qızılın qiymətinin artması müşahidə edilir. Qeyri-müəyyənliklər aradan qalxana qədər qızılın qiymətində müəyyən artımların davam etməsi mümkündür”.
 
İqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, bir neçə ay əvvəl 1 unsiya qızılın qiyməti 1900 dollar təşkil edirdisə, indi bu rəqəm 2050-2070 dollar arasıdır:
 
"Azərbaycanda zərgərlik məmulatları əsasən xaricdən gətirilir. Bu, ölkədəki qızıl bazarına təsir göstərir. Buna dövlətin müdaxiləsi yoxdur. Qızıl satanların ən vacib öhdəliyi vergilərini vaxtında ödəməsidir. Ona görə də bu sahədə süni qiymət artımı mümkün deyil. Qiymətlər sövdələşmə yolu ilə müəyyənləşir.
 
Qızıl sektorunda süni qiymət artımından yox, rəqabətin az olmasından söhbət gedə bilər ki, o da istənilən səviyyədə deyil”.
 
Dünya qızıl bazarında hər hansı artım müşahidə olunarsa, ölkəmizdə də yenidən qızıl bahalaşa bilər”.скачать dle 11.3
Mojo.az Banner