Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Nəzarətçilərə yeni cihazlar verildi – Bu sürücülər cərimə ediləcək – FOTO

06.04.2018 18:49 2 575
Nəzarətçilərə yeni cihazlar verildi – Bu sürücülər cərimə ediləcək – FOTO
Bakıda avtomobillərin müvəqqəti saxlama dayanacaqlarında nəzarət gücləndirilib.

Bu məqsədlə dayanacaqlarda nəzarətçilərə yeni cihazlar verilib. Bu cihaz vasitəsilə dayanacaqda quraşdırılmış parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin fotosu çəkiləcək və sürücülər cərimə ediləcək.

Avtomobillərin müvəqqəti saxlama dayanacaqlarından birinin adını çəkilməsini istəməyən nəzarətçinin “Report”a verdiyi məlumata görə, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək: “Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir”.

Nəzarətçi həmçinin bildirib ki, yeni cihazların verilməsi öndənişə də təsir edib: “Əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırlan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki, səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 Azn ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə deyiblər ki, artıq güzəşt olmayacaq. Hər kəs bir saat üçün 50 qəpik ödəniş etməlidir. Ödəniş etməyən sürücülərin avtomobillərinin şəkilləri çəkiləcək və sürcülər cərimələnəcək”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, yeni aparatlar barədə məlumatı yoxdur: “Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə, əgər belə aparat olsa da sürücülər barədə elektron protokol tərtib oluna bilməz. Sürücü ödəniş etmirsə, onu hansı maddə ilə cərimə etmək olar!?”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev “Report”a bildirdi ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdir: “Mənim yeni aparat barədə məlumatım yoxdur”.
/report.az

Son xəbərlər