Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

​DİQQƏT: Bakıda parkomatlar ləğv edildi – YENİ SİSTEM

10.04.2018 11:49 2 869
​DİQQƏT: Bakıda parkomatlar ləğv edildi – YENİ SİSTEM
Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Bu gündən etibarən bütün patkomatlar ləğv edilir.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, bundan sonra avtomobili park edərkən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri balaca elektron cihazlarla parklanan avtomobili qeyd edəcək. Nəzarətçilər ödənişi qəbul edə bilməsi üçün artıq yeni cihazlarla təchiz olunublar. Əksər sürücülərin yenilikdən xəbəri olmasa da, artıq paytaxtın bir çox yerlərində yeni sistem işə düşüb.

Məlumata görə, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürdüyü üçün heç bir güzəşt mümkün olmayacaq.

Sürücülərin sözlərinə görə, yeni sistemdən sonra gecikmə borc kimi qəbul ediləcək və sürücüyə buna görə cərimə yazılacaq. Ödənilən pulu isə nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq.

Maraqlıdır ki, yeni sistemə keçidlə əlaqədar ödəniş qiymətlərində dəyişiklik ediləcəyi ilə bağlı məlumat yoxdur. Gecikməyə görə sürücüyə yazılan cərimənin də nə qədər olacağı bilinmir.

Parkomatların ləğvi ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib. Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, yenilikdən xəbərsizdirlər.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığı bildirildi.

Qeyd edək ki, bu gündən etibarən ləğv edilən parkomatlar 12 may 2014-cü ildən quraşdırılmağa başlanılmışdı.

Son xəbərlər