Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi

14.07.2018 14:48 4 179
Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi
Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək.

Median.Az
xəbər verir ki, Milli Məclisin sonuncu plenar iclasında yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi.

Yeni dəyişikliyə uyğun olaraq, eyni zamanda texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq.

"Avtostop" verilişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifov “Sputnik Azərbaycan”a açıqlamasında qanunvericiliyə edilmiş yeni dəyişiklikləri şərh edib.

O bildirib ki, bundan sonra elektron protokol tərtib edilməyəcək: "Onun əvəzinə elektron qərar olacaq. Əslində, bu, qaydalarda var idi, qanunda dəyişiklə qaydaları daha da möhkəmləndirirlər. Yəni artıq yeni qaydaya görə, protokol yazılan kimi Dövlət Yol Polisi tərəfindən dərhal sistemə vurulmalıdır. Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək. Gecikən protokolun ödənilməsini Dövlət Yol Polisi sürücüdən tələb edə bilməyəcək".

Yusifov qeyd edib ki, bu dəyişikliyin əsas səbəbi sürücünün qərarlı cərimədən 20 gün müddətinə şikayət etmək hüququ olması ilə bağlıdır: "Əvvəl bəzi cərimələr qərarsız olduğu üçün sürücülər vaxtında şikayət edə bilmirdilər, gözləyirdilər ki, cərimə qərarlı olsun. Bu da bir çox problemlərə gətirib çıxarırdı. Artıq protokol olmayacaq, birbaşa qərar olacaq. Sürücülər də 20 gün ərzində narazı olduqları halda şikayətlərini edə biləcəklər".

Ekspertin fikrincə, yeni qərar daha çox sürücülərin xeyrinədir: "Çünki sistemdə onsuz da problem var. Qərarlar bir günə sistemə oturmayanda sürücüdən heç nə tələb edə bilməyəcəklər. N sayda cərimələri sistemə bir gündə oturtmaq Dövlət Yol Polisinin əməkdaşları üçün çətin olacaq".

Tural Yusifov qanunda edilmiş digər dəyişikliyə də aydınlıq gətirib: "Əvvəllər Dövlət Yol Polisinin əməkdaşları texniki baxışın vaxtının keçdiyini aşkarlayanda cərimə yazırdılar. Artıq buna ehtiyac olmayacaq. Belə ki, icbari sığortada olduğu kimi, texniki baxışı da bir gün gecikdirən sürücülərin avtomobilləri kameraya düşdükdə 50 manat cərimə yazılacaq və ünvana göndəriləcək".

"Atıq texniki baxış talonuna gərək olmayacaq. Əvvəl onu yapışdırırdılar ki, DYP-nin əməkdaşı məhz o talona baxaraq texniki baxışın vaxtını müəyyən edə bilsin. Bundan sonra sistem vasitəsi ilə bu məsələ də nəzarətdə olacaq deyə talonlara gərək qalmayacaq" – Yusifov vurğulayıb.

Son xəbərlər