Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

İnternetinizin sürətli olması üçün bunları etməlisiniz – VİDEO

06.04.2018 13:03 2 776
İnternetinizin sürətli olması üçün bunları etməlisiniz – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində internet xətlərinin dəyişdirilməsi ilə bağlı maraqlı sujet yayımlanıb.

Müasir dövrdə hər ötən gün internet istifadəçilərinin sayı artmaqdadır. İnternetin sürətinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılsa da problemlər hələ də qalır.

Belə ki, bəzi yaşayış məntəqəsinin sakinləri telefon xətlərinin çəkilməsini, bəziləri isə köhnələrinin yenilənmə prosesinin həyata keçirilməsini istəyir.

Yaşayış evinə internet xətti çəkmək istəyən vətəndaş ilk növbədə yaşadığı ərazidəki telekommunikasiya qovşağına ərizə ilə müraciət etməlidir. Mütəxəssislər ərazidəki cihazlarda yerin olub olmadığını müəyyən etdikdən sonra növbəti proses üçün hazırlıq işləri görürlər.

Rəşid Mahmudov (ekspert): “Əgər məsafə 100 metr civarındadırsa, abonent 30 manat ödəyir və çəkilir. 100 metri ötürsə, qalan xərci abonent özü ödəyir”.

Fərdi yaşayış evinə çəkilən internet xətti fiberoptik və ya digər kabellərlə ola bilər. Belə olduğu halda ödəniş və digər xərclər artmış olur.

İnternetin sürətinin gücləndirilməsi istiqamətində bölgələrdə sürətli işlər görülür. Artıq Xaçmazın Hülövlü və Qaraçı kəndlərində 4G texnologiyasının tətbiqinə başlanılıb. Pilot layihə olaraq yaşayış məntəqələrində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək.

Emin Quliyev (Aztelekom MMC-nin şöbə müdiri): “Ötən ilin sonunda başlanan pilot layihə uğurla başa çatıb. Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz rabitə istifadəyə verilib”.

Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətdə işlər davam etdiriləcək.

Son xəbərlər