Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Həyatımızla oynayan 60 qəpiklik dönərlər – Milyonlar hansı məmurun cibinə axır? – FOTOLAR

04.04.2018 16:26 2 958
Həyatımızla oynayan 60 qəpiklik dönərlər – Milyonlar hansı məmurun cibinə axır? – FOTOLAR
Quş qripi ilə bağlı məsələ gündəmə gəldikdən sonra, nəhayət, 2006-cı ildə Azərbaycanda da toyuq dönərinin satışına qadağa qoyuldu. Sözügedən təhlükə ötüşdüyünə baxmayaraq həmin qadağa hələ də öz qanuni qüvvəsini qoruyub saxlayır.

Bir çox insan bu qərardan xəbərsizdir. Açıq şəkildə fəaliyyətinə davam edən dönərxanaların qarşısında yaranan quyruq da bunu sübut edir. Belə dönərxanalara daha çox orta və ali məktəblərin yaxınlığında rast gəlmək olar. Ət dönəri ilə müqayisədə daha ucuz olan toyuq dönərinin əsas istehlakçıları isə tələbələrdir. Qeyri-sanitar şəraitdə hazırlanan dönərə bəzi yerlərdə bir manat olduğu üçün daha çox üstünlük verilir.

Vəziyyətdən məharətlə istifadə edən işbazlar bir çox halda gəldiyi yer bilinməyən dönərləri insanlara satmaqdan çəkinmir. Lakin isti havalarda məhz toyuq dönərindən istifadə qida zəhərlənməsi riskini artırır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə həmin qurum 2015-ci ilə qədər dönərxanaların fəaliyyətinə nəzarət edə bilib. Lakin sahibkarlıq obyektlərinə yoxlamaların rəsmi şəkildə dayandırılması onların əl-qolunu bağlayıb.

Yerli mətbuatda iddia olunur ki, haqqında danışdığımız qurum belə obyektləri gəzərək hər birindən aylıq 50-100 manat ətrafında pul yığır, bunun müqabilində isə onların fəaliyyətinə göz yumur. Maraqlıdır ki, “İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər 100-200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunmalıdırlar. Deyəsən bu maddə bəzilərinin cibini manatlarla, hətta milyonlarla doldurur.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Mənbə: minval.infoскачать dle 11.3

Son xəbərlər