Mojo.az Banner
23:03 UEFA "Qalatasaray"ı cəzalandırdı  |     22:58 İranın yeni Ali Lideri Xamenei haqqında YENİ FAKTLAR  |     22:49 Bakıda 87 yaşlı kişinin meyiti tapıldı  |     22:43 Şəhid atası dünyasını dəyişdi (FOTO)  |     22:36 İsrail bu şəhəri ələ keçirdi  |     22:31 Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu - Video  |     22:23 Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? - RƏSMİ AÇIQLAMA  |     22:18 Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO - VİDEO  |     22:09 "Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin" - Artur Rasizadə  |     22:02 Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib  |     21:57 Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı  |     21:49 Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA  |     21:40 Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq - Sabahın havası  |     21:35 Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək?  |     21:27 "Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi  |     21:21 Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil  |     21:14 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     21:09 Ramazanın 15-ci gününün imsak, iftar vaxtı  |     21:01 Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?  |     20:56 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladı  |    
Left Banner
Right Banner

Paytaxtda at, eşşək və insan ətindən olan dönərlər hazırlanır? – AÇIQLAMALAR

04.04.2018 13:36 1 468
Paytaxtda at, eşşək və insan ətindən olan dönərlər hazırlanır? – AÇIQLAMALAR
Yerli mediada və real həyatda tez-tez dönər hazırlamaq üçün at, eşşək və ya insan ətindən istifadə olunmasını eşidirik. Bütün bunlara bəziləri inansa belə, bəziləri inanmır və dönər yeməyə davam edirlər.

Qida Təhlükəsizliyi Agentliyinin yaydığı bəyanatda da bu məsələyə toxunulub:

“Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər. Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov saytımıza açıqlama verərkən qeyd edib ki, dənizin duzlu olduğunu bilmək üçün onun hamısını içməyə ehtiyac yoxdur.

“4 il bundan əvvəl Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartlarını hazırladı. Bu standartlara uyğun olaraq, dönərlər təzə ətdən düzəldilib, şişə taxıb, heyvanda olan bakteriyaları aradan qaldırmaq üçün - 40 dərəcə dondurmadan keçirib, qablaşdırıb, soyuducu avtomobillərdə dönərxanalara gətirilməli idi. Dövlət Komitəsi bu şərtlərə riayət edən 4 müəssisəyə bu hüququ vermişdi. Bunlar "Azprotein Foods Group", “Səhliyalı” şirkəti və hal-hazırda bağlanan Gəncədə olan bir şirkət və “Çudo Peçka” idi. Onlardan qalan 2 şirkət hal-hazırda dediyim standartlara uyğun olaraq ətləri hazırlayır və dönərxanalara çatdırır”.

Sədr bildirib ki, Bakıda 15000-ə qədər dönərxana var.

“Biz kiçik araşdırma aparmışıq və müəyyən etmişik ki, 60-70 dönərxana məhz bu iki şirkətdən ətləri alırlar. Qalan dönərxanalara isə ətlərin haradan gəldiyi, necə gəldiyi bilinmir. Bir halda ki, ətlər dövlətin müəyyən etdiyi yerlərdən alınmır, burada hər ehtimal ola bilər. Yəni onların mənşəyi bilinməyən ətlərdən istifadə etdikləri ehtimalı çoxluq təşkil edir”.

E.Hüseynov qeyd edib ki, Qida Təhlükəsizliyi agentliyinin yaradılmasına ilk vaxtlar sevinsə belə artıq məyus olmağa başlayıb. Bunun səbəbi isə onların konkret işlərlə məşğul olmamalarıdır.

“Qida Təhlükəsizliyi agentliyinin bəyənatı düzgün deyil. Onlar sübut etsin ki, 15000-ə qədər olan dönərxanalarda Eyyub müəllimin dedikləri müəyyən olunmayıb. Bunlardan başqa türklərin Azərbaycana gətirilən türkiyə mallarının təhlükəli olmasını qeyd etdikdən sonra agentlik heç nə eləməyib. Onlar əslində ekspertiza keçirməli idilər. Bunu da qeyd edim ki, biz Qida Təhlükəsizliyi agentliyinə dəstək verməyə həmişə hazırıq”.

AİB sədri ölkədə əlavə olaraq bildirib ki, 20 ildir onlar bu məsələlərlə məşğuldurlar.

“İllərdir ki, mən istehlakçı hüquqlarını qoruyuram və mənə gələn zənglər əsasında fikirlərimi bölüşürəm. Ona görə də düşünürəm ki, sanitar normalara cavab verməyən, dövlətin təsdiq etdiyi müəssisələrdən əti almayan yerlərdən dönər almaq təhlükəlidir. Mən demirəm ki, dönərlər insan ətindən hazırlanır. Çünki bunu bilsəm, imkan vermərəm ki, o yerlər fəaliyyət göstərsin”.скачать dle 11.3
Mojo.az Banner