Mojo.az Banner
23:00 Elektron diplomlar nə vaxtdan veriləcək?  |     22:56 "X"in işində problem yarandı  |     22:55 İspaniya Konqresinin sədri Azərbaycana gəldi  |     22:43 Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)  |     22:29 Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış  |     22:16 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     22:11 Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ (FOTO)  |     22:00 Leonardo DiKaprionun filmi real oldu  |     21:52 Sahibə Qafarova Radmila Şekerinskayla görüşdü - FOTO  |     21:46 Milli Məclisin Gənclər və idman komitəsinin ilk iclası keçirildi - FOTO  |     21:40 Maaşlarda artımla bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR  |     21:34 Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR  |     21:27 SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb  |     21:20 Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir  |     21:11 Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb  |     20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

"Bunlar düzəlməsə də olar, təki qızım sağalsın" - Çarəsiz ana kömək istədi (FOTO)

02.04.2018 18:38 3 368

Göyçayda yaşayan İbrahimovlar ailəsindən Femida.az saytına müraciət daxil olub. Şəkillərdə gördüyünüz ailə Göyçay şəhəri Natavan küçəsi ev 31 ünvanında çox acınacaqlı vəziyyətdə yaşayır. 6 nəfərlik ailədə 4 uşaq var. Evdə işləyən təkcə atadır. O da fəhləliklə quru çörəklərini çıxarır.

Ailənin iki böyük qızı Ulduz və Vüsalə 7-ci sinifdə oxuyurlar. Üçüncü uşaq Zəhra isə xəstədir. Zəhraya epilepsiya-bayılma-nevroloji diyater, psixi-əqli inkişafın ləngiməsi , nitqin ləngiməsi və mədə bağırsaq pozğunluğu diaqnozu qoyulub. Balaca uşaq İmaməli isə birinci sinifdə oxuyur.

Göründüyü kimi ev çiy kərpicdən tikilib, şiferlər sınıq-sınıqdır. Yağış yağanda evə su dolur. Ev qəza vəziyyətindədir.
Lakin bütün bunlar ailənin ümidlə həyata tutunmasına mane olmur. Çünki onların tək dərdi Zəhranın sağalmasıdır. Zəhranın 9 yaşı olmasına baxmayaraq, özü 3 yaşında olduğunu düşünür. Məktəbə gedə bilmir. Xəstəliyi onu həm danışmağa qoymur, həm də əqli inkişafdan saxlayır. Gerisini Zəhranın anası İlhamə xanımın dilindən oxuyun:

"Ailəmiz 6 nəfərdən ibarətdir. Uşaqlarımdan ikisi əlildir. Bizim ən böyük arzumuz Zəhranın sağalmasıdır. 9 aylığından müalicə olunur, amma hələ də danışa bilmir. Bir iki sözü deyə bilir, bu qədər. Bu günədək öz hesabımıza müalicə etmişik. İndi elə bir mərhələdəyik ki, müalicəni saxlamaq olmaz, amma müalicə edəcək gücümüz də qalmayıb. Əvvəlcə OMEDİ-də müalicə alırdı. Daha sonra orda müalicəsi mümkün olmadı. Dedilər ki, müalicə Almaniyada müalicə olunmalıdır. Arayış da verdilər. Ümidimizin üzüldüyü bir anda öyrəndik ki, Bakıda yerləşən "Loqos” hospitalında müalicə mümkündür. Ora aparanda bildirdilər ki, 3-4 ay ərzində uşağı müalicə edib nitq qabiliyyətini bərpa etmək olacaq. Lakin bunun üçün 3 min manat pul tələb olunur. Həm nevropataloq baxmalıdır, həm pediatr, həm mədə-bağırsağı müalicə olunmalıdır.

 

Buradan xeyriyyəçi şəxslərə səslənirəm ki, bizə kömək göstərsinlər. Şəkillərdən də görürsünüz ki, necə bir evdə yaşayırıq. Nə hamam var, nə mətbəx, nə də məişət əşyaları. Uşaqları ləyəndə çimizdirirəm. Divarlar çat içindədir. Lakin heç bunlar düzəlməsə də olar, təki qızım sağalsın. Xahiş edirəm ki, bizdən köməyinizi əsirgəməyin”.

Göyçay rayon rəhbərliyindən, eləcə də ölkənin imkanlı və xeyriyyəçi şəxslərindən ailəyə yardım etməsini xahiş edirik. Kömək etmək istəyənlər Zəhranın atası Taleh bəylə birbaşa 0505447086 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Yardım üçün bank hesabı:
Kapital Bank Göyçay Filialı
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın adı: İLHAMƏ İBRAHİMOVA BABA QIZI
Benefisiarin hesabı: AZ63AIIB41010019440290564179

 

 

 скачать dle 11.3