Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ödəmə terminalları camaatın pulunu necə "yeyir"? - ARAŞDIRMA - VİDEO

30.03.2018 13:52 9 056
Ödəmə terminalları camaatın pulunu necə
Paytaxt sakinlərinin əsas gileylərindən biri də ödəmə terminallarının normal işləməməsidir.
 
Median.Az
bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi mövzu ilə bağlı süjet hazırlayıb.
 
Əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox, ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta köçmür, ya da aparatda texniki problem yaranır.
 
Sakin: "Çox olub, yükləmişəm, "çek" verib amma köçməyib".
 
Ödəmə terminallarının istismarını həyata keçirən şirkət belə halların baş verməsinə bir neçə amilin səbəb olduğunu etiraf edir. Şirkət rəsmisi burada vətəndaşların da bir az məsuliyyətli olmasını vacib sayır.
 
Ülviyyə Əfəndiyeva - Şirkətin rəsmisi: "Vətəndaş kartı tez götürdükdə məbləğ tam oturmur. Texniki problem də ola bilər. Belə problem olduqda məbləğ itirilmir".
 
Vətəndaş itirdiyini düşündüyü məbləği əldə etmək üçün müştəri xidmətlərinə müraciət etməlidir. İT üzrə mütəxəssis Sadiq Mirzəyev serverlərarası əlaqənin pozulmasının bu kimi itkilərə səbəb ola biləcəyini deyir.
 
Şirkətdən onu da bildirdilər ki, vətəndaşların qarşılaşdığı problemi həll etmək üçün sistemə yenilik də edilib. Bu yeniliklə itirilən məbləği yenidən bərpa etmək olar. Amma əksər vətəndaşlar bundan xəbərsizdir.
 
Ülviyyə Əfəndiyeva - Şirkətin rəsmisi: "Biz bunun üşün öz aparatlarımızda bərpa düyməsini əlavə etmişik ki, vətəndaşlar öz kartını yenidən qoyub, həmin düymə vasitəsi ilə öz itirilmiş məbləğini yenidən bərpa etsinlər".
 
Bu kimi problemlə qarşımamaq üçün sərnişin olaraq biz özümüz də diqqəti əldən verməməliyik. Amma iş icraçıları da öz məsuliyyətlərini unutmamalıdır.

Son xəbərlər