Mojo.az Banner
01:01 Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu  |     23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |    
Left Banner
Right Banner

“Məgər süpürgəçini məcburi işlədiblər?” deyən deputat əsəbiləşdi — “Savadına xoruz kəsim”

29.03.2018 22:58 3 431
“Məgər süpürgəçini məcburi işlədiblər?” deyən deputat əsəbiləşdi — “Savadına xoruz kəsim”
Deputat Musa Quliyev yük maşınının vuraraq öldürdüyü süpürgəçi qadınla bağlı verdiyi açıqlamaya görə onu təhqir edənlərə cavab verib.
Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, millət vəkili “Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır” fikirlərinin təhrif olunduğunu deyib: “Ha dedim, cavab verməyim, ötüb keçər, yəqin sadəcə yanlış anlaşılmadır, olmadı. Ailəsindən başqa tanınıb oxunmayan saytlardan tutmuş sosial şəbəkə qeybətçilərinədək, millətin bir yaralı barmağına məlhəm olacaq qədər dəyəri olmayan vətənşivənlərədək, hamısı ağız-ağıza verib mənim təhrif olunmuş, kontekstdən çıxarılmış bir fikrimi çeynəməklə məşğuldurlar. Fikir söyləmək də, onu müzakirə etmək də qəbahət deyil. Amma bu, müzakirə deyil axı, söyməkdir, təhqir etməkdir. Belə şeylərə ehtiyac yoxdur. Bu cür davranış milli mənəviyyatımızı dağıtmaqdır.

Gəlirəm məsələnin məğzinə: Jurnalist zəng vurub açıqlama istəyir. Sabunçu rayonu ərazisində yol-qəza hadisəsi ilə bağlı jurnalist xanım məndən soruşub ki, Əmək Məcəlləsində bəzi vəzifələlərə 65 yaş məhdudiyyəti qoyulduğu halda, pensiya yaşında olan qadına niyə süpügəçi işləmək qadağan olunmur. Mən də qanunu şərh edərək bildirmişəm ki, büdcədən maliyyələşən bəzi təşkilatlarda çalışan peşə sahibləri - müəllimlər, həkimlər, mədəniyyət işçiləri, mühəndislər və s. istisna olmaqla digər peşələrdə işləmək üçün yaş məhdudiyyəti qoyulmur. Xüsusən, təmizlik sahəsi, iaşə, xidmət sektoru, yaşıllaşdırma, fəhlə və s. kimi xüsusi ixtisas tələb etməyən və əmək bazarında ciddi rəqabət olmayan sahələrdə yaş məhdudiyyəti yoxdur. Pensiyaya çıxdıqdan sonra da əgər sağlamlığı imkan verirsə, bu şəxslər öz işlərində qalıb işləyə bilərlər. Əgər pensiyaya çıxmaq istəyirlərsə, onları heç kəs məcburi işlədə bilməz.

Hələ jurnalist qızımıza onu da söyləmişəm ki, belə qəzalar hər yerdə olur və hər kəsin başına gələ bilər. Biz müzakirələrimizdə əsas diqqəti əmək təhlükəsizliyi və yol-hərəkət qaydalarına riayət etməyin vacibliyinə yönəltməliyik!

Vicdanla söyləyin: mənim bu açıqlamamda qanundan, etikadan kənar nə var ki, hər kəs kor baltasını götürüb üstümə qıcanır?

Bu düşüncə ilə, bu mədəniyyətlə, bu savadsızlıqla biz hara geririk? Fəlsəfə İnstitutunun bir elmi işçisi isə lap gül vurub: Musa Quliyevin mandatı əlindən alınmalıdır. Ay sənin savadına xoruz kəsim! Bir Konstitusiyanı aç oxu da, alim oğlum, dediyi sözə görə mandatmı alınar deputatdan? Bu da Akademiya!
Bu əlibaltalı nadanlar da axı mənim millətimdir! Lap tutaq ki, səhv eləmişəm, sizin ürəyiniz istəyəni deməmişəm, buna görə adamı təhqir edərlərmi? Axı müsahibənin lap kontekstdən çıxarılmış mətnini də oxumamısınız, bir başlığa görə adamın başını qoparıb yeyərlərmi? Bu münasibətə nə ad verək: nadanlıqmı, namərdlikmi?”скачать dle 11.3
Mojo.az Banner