Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”

28.03.2018 19:53 1 854
Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”
Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanmasına çağırış edən açıqlaması yayılıb. Bu açıqlama geniş ictimai müzakirəyə səbəb olub.

Median.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu vurğulayıb.

Deputat bildirib ki, o, "Sosial şəbəkələri bağlamaq lazımdır!" sözlərini deməyib.

"Çox təəssüflər olsun ki, mənim fikirlərim yenə təhrif olunub və konteksdən çıxarılaraq, bəzi saytlarda yayımlanıb. Bu fikirlər insanları çaşdırır. Mən demişəm ki, tərbiyəsizlik edən, qanunları pozan, hüquqi normaların əleyhinə olan saytlar və Facebook-dakı bəzi səhifələr qanunlar daxilində bağlanmalıdır. Mən deməmişəm ki, ümumiyyətlə sosial şəbəkələri bağlamaq lazımdır. Bu düzgün yanaşma deyil. Mənim sözümü niyə təhrif edirlər axı? Mən heç vaxt o sözü deməmişəm. Demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrdir. Amma burada da qanun olmalıdır. Mən açıqlamamda demişəm ki, xaricdən Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslər söyüş söyürlər. Bu da Azərbaycan mentalitetinə uyğun gəlmir. Bildirmişəm ki, həmin sözləri deyən, iftira və yalanlar yağdıran saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır".

Son xəbərlər