Mojo.az Banner
16:17 “Diplomlu işsizlər” təhlükəsi: Azərbaycanda təhsil sistemi niyə dəyişməlidir? – Ekspertdən AÇIQLAMA  |     16:12 Məktəblərdə yeni cərimə mübahisəsi: müəllim cəzalanmalıdır, yoxsa şagird?  |     15:56 İntensiv yağışların təsiri: Hansı meyvələrin qiyməti arta bilər?  |     15:44 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI  |     14:41 Şəmkirdə gənc oğlan parkda dostunu bıçaqladı - TƏFƏRRÜAT  |     13:35 Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü  |     13:33 Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı  |     12:26 Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi  |     12:24 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI  |     12:22 Yaxın Şərqdə gərginlik fonunda neft BAHALAŞDI  |     12:15 Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək  |     12:14 Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir  |     12:09 Arvadını xüsusi amansızlıqla öldürən şəxs: "Hadisədən sonra özümə də xəsarət yetirdim"  |     12:05 Moldovada soydaşımız şəhər meri seçildi  |     12:00 Azərbaycanda tanınmış həkim vəfat etdi  |     11:54 İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür  |     11:33 Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu - FOTO  |     11:23 Qəbul imtahanlarında balları artırmaq mümkündür? - RƏSMİ AÇIQLAMA  |     11:16 Bakıda məşhur restoranın zirzəmisində DAVA - Məhkəmə qərar verdi  |     23:02 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? (VİDEO)  |    
Left Banner
Right Banner

“Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!” - Hadı Rəcəbli

03.08.2018 10:09 3 177
“Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!” - Hadı Rəcəbli
Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.

Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.


Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:

“Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir”.

Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib.

Deputat açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:

“Facebook-dakı hansısa səhifələrdə mənim adımdan yazıb yerləşdiriblər ki, guya, Tarif Şurasının qərarına münasibət bildirmişəm. Halbuki, o yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Dilimdən çıxmayan sözləri mənim adımdan insanların müzakirəsinə veriblər. Bu qədər şərəsfsiz, vicdansız hərəkət etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməyib. Yalanın da bir əndazəsi olar. Mən heç kimə belə bir müsahibə verməmişəm”.

Deputat bildirib ki, Tarif Şurası hansısa deputatın fikirlərinə əsasən qərar çıxartmır.

“Mənim Tarif Şurası ilə nə işim var? Məgər Tarif Şurası deputatın sözü ilə qərar çıxarır?! Məntiqsizdir axı! Bu, bilərəkdən mənə qarşı qurulan oyundur. Rəy yerində ünvanıma söyüşlər yağdırırlar. Bunların hamısını özlərinə qaytarıram. Axı bu qədər Allahsızlıq olmaz. Əgər Allah, Quran tanıyırlarsa, belə sözlər deməmişəm. Mən prezidentimə, xalqıma xidmət edirəm”.

Komitə sədri həmişə xalqın yanında olduğunu da vurğulayıb.

“Biz həmişə xalqın mənafeyini müdafiə edən qanunlar hazırlayırıq. “Məşğulluq haqqında qanun” layihəsini mən hazırlamışam ki, çoxlu iş yerləri yaradılsın. İndi demədiyim fikirləri mənim adımdan hansı əsaslarla yayırlar? Hadi Rəcəblinin də təmsil olunduğu Sosial siyasət komitəsinin bir mövqeyi var: o da xalqın mənafeyini yaxşılaşdırmaqdır. Təbii, bu, ilk növbədə prezidentin də istəyidir”. (Modern.az)скачать dle 11.3
Mojo.az Banner