Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

Kemerovodakı yanğın dəhşətindən Bakıdakı ticarət mərkəzləri nəticə çıxaracaqmı?

29.03.2018 20:43 2 684
Kemerovodakı yanğın dəhşətindən Bakıdakı ticarət mərkəzləri nəticə çıxaracaqmı?
Martın 25-də Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın hadisəsi zamanı 42-i uşaq olmaqla, 79 nəfər həlak oldu.

Bu gün bizdə ticarət mərkəzlərində, əyləncə mərkəzlərində fövqəladə hallar tədbirləri necə tənzimlənib? Əhali bu barədə nə qədər xəbərdardır? Məsələn, Rusiyadakı kimi bir yanğın hadisəsi baş verərsə, biz o yanğından nə qədər az xəsarətlə xilas ola bilərik?

Median.Az bildirir ki, moderator.az-ın suallarını mühafizə üzrə ekspert Elmar Nurəliyev cavablandırıb. E.Nurəliyev deyib ki, Bakıda yerləşən ticarət obyektləri son model avadanlıqlarla təchiz olunub:

"Bütün dövlət və özəl müəssisələr , iaşə və ticatət obyekləri FHN-nin yanğın təhlükəsizliyi haqqında qanunu, irad və tövsiyyələrinə əməl etməklə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Bakıda yerləşən ticarət mərkəzləri son model yanğın təhlükəsizliyi avadanlığı və texnikası ilə (yanğın şlanqları, yanğın hidrantları, yanğın dolabları, yanğın çıxışları, təxliyyə planı, tüstü və dumana qarşı datçiklər, fövqəladə vəziyyətdə hərəkət traparetləri, yanğın söndürən balonlar və s.) təchiz olunub" .

E.Nurəliyev bildirib ki, FHN-nin əməkdaşları tərəfindən bu obyektlərdə mütəmadi olaraq yoxlama aparılır:

"FHN tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Təbii ki, burda əsəs maraqlı olan tərəfdə həmin obyeklərin özləridir. Onların da özlərində yanğın təhlükəsizliyinə nəzarət olunacaq bir mexanizmin olması lazımdır".

E.Nurəliyevin obyekt sahiblərinin də işçilərlə mütəmadi maarifləndirmə aparılmasının vacibliyini vurğulayıb:

"Mütəmadi olaraq işçilərə təlimlərin keçirilməsini təşkil etmək, yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparmaq, yanğına qarşı avadanlıqların işlək və saz vəziyyətdə olmasını yoxlamaq, nasazlıq yaranarsa, vaxtında aradan qaldırmağı təşkil etməlidirlər. Bu təlimlərin keçirilməsi orda işçilərin fövqəladə vəziyyət zamanı yanğınla necə davranmaq lazım olduğu barədə anlayışları olacaq. İşçi bilməlidir ki, fövqəladə vəziyyətdə özümü qaçacaq, yoxsa müştərinimi təhlükəsiz təxliyyə edəcək, yaxud dükanın və ya kafenin əmlakınımı qoruyacaq ya da ona yaxın yanğınsöndürmə balonunndan istifadə edib, yanğının söndürülməsinə kömək edəcək. Bunun üçün də işçilər yanğın söndürən balonlardan necə istifadə etmək lazım olduğunu bilməlidirlər ki, ondan düzgün istifadə edə bilsinlər".

E.Nurəliyevin sözlərinə görə yanğına ilk 10-15 dəqiqə müddətində qarşısının alınması üçün tədbir görülərsə, törənə biləcək fəsadların səviyyəsini minumuma endirmək olar:

"Hadisəyə ilkin 10-15 dəqiqə müddətində qarşısının alınması üçün tədbirlər görülərsə, onda törənə biləcək fəsadları ən aşağı səviyyəyə endirmək olar. Ona görə maarifləndirmənin və təlimlərin keçirilməsi önəmlidir. Bundan başqa insanlarda ticarət mərkəzlərində, insanların çox cəmləşdiyi məkanlarda yanğın təhlükəsziliyinə əməl edilməlidir. Açıq alovdan istifadə etməməli, siqareti təyin olumuş yerdə çəkməli, tez alışan, partlamaya meylli maddələr ilə ticarət məkanlarına getməməlidir".

Son xəbərlər