Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Otelə bomba qoyulması barədə məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib-

29.03.2018 16:09 1 990
Otelə bomba qoyulması barədə məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib-
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elmar Qasımovun (1994-cü il təv.) CM-nin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 2-də saat 22 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki otellərdən birinə bomba qoyulması barədə məlumat verib. Məlumat əsasında hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb. Həmin gün isti izlərlə Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Səbail RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə partlayıcı qurğu qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Keçirilən kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, E.Qasımov cinayəti törədərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmayıb. Buna görə onun əməli CM-nin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşür.

Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsə məcburi müalicə tədbirləri tətbiq edilsin və o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilsin.

Son xəbərlər