Mojo.az Banner
18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“28 Mall”da bomba var dedi - İndi illərlə həbsdə yatacaq

06.08.2018 15:57 1 943
“28 Mall”da bomba var dedi - İndi illərlə həbsdə yatacaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "28 Mall” Ticarət Mərkəzindəki "Bazarstore” mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, ibtidai istintaq dövründə R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall” Ticarət Mərkəzindəki "Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.

Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.//reportскачать dle 11.3
Mojo.az Banner