Mojo.az Banner
23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |    
Left Banner
Right Banner

Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb? - VİDEO

28.03.2018 20:46 2 070
Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb? - VİDEO
Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsə də, ancaq bəzi obyektlər buna məhəl qoymur.

Median.az ARB TV-yə istinadən xəbər verir ki, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsa da, obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də, cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir.

Bəziləri kimin cərimələnəcəyindən xəbərsizdi, kimisi də "obyekt sahibi icazə verir" deyib çəkir.

Sakin: "Toya getdiyimiz zaman yazıb-yapışdırılmağına rəğmən nə toy sahibi, nə də qonaqlar buna məhəl qoymur".

Sakin: "Kafelərə gedəndə qadağalar görürük, amma yenə də çəkməyə icazə verirlər. Bir söz demirlər, gedib oturan kimi qabağımıza külqabını qoyurlar".

Ancaq bir məsələ də var ki, İnzibati Xətalar Məcəlləsində obyekt sahiblərinə yalnız siqaretdən qadağa haqqında lövhənin olmamasına görə cərimə yazıla bilər. Deməli, qanunun işləmə mexanizimində müəyyən boşluqlar mövcuddur.

Tahir Əlirzayev - hüquqşünas: "Qanunvericilikdə elə olmalı idi ki, restoran və kafe sahibləri özləri müştərilərin siqaret çəkmələrinə icazə verməsin. Müştəri siqaret çəkdiyi təqdirdə restoran və ya kafe sahibi izibati məhsuliyyətə cəlb edilməlidir".

Artıq bu iş Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə tapşırılıb. Bu iki strukturun əməkdaşları tərəfindən keçirilən reyd zamanı vətəndaş təyin olunmamış yerdə tütün məmulatlarında istifadə edərsə, Daxili İşlər Nazirliyinin yaxud da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qanun çərçivəsində həmin şəxsi cərimələyə bilər.

Fazil Mustafa - millət vəkili: "Bu qadağa hər zaman cərimə növü kimi tətbiq olunmamalıdır. Bir növ vətəndaşlara xəbərdarlıq olunması vacibdir".

Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.скачать dle 11.3
Mojo.az Banner