Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşad Məcid: "Cəmiyyətin ağıllı və vicdanlı adamları susmamalıdır"

24.03.2018 17:13 2 255
Rəşad Məcid:
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun xaricdə anti-Azərbaycan kampaniyası aparan bir qrub şəxs haqqındakı statusları kübarlığı və nəzakət tonu ilə seçilir.

Median.Az
SİA-ya istinadən bildirir ki, bunu "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid özünün "faceboook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bütün fəaliyyətində və insanlara münasibətində məhz bu cür gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş və təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində də heç zaman bu nəzakəti itirmədi: "Sözügedən statuslarında da "hər bir adamın mahiyyətində bir xeyir başlanğıcı olduguna inanıram" söyləyib bu şəxsləri ədəb-ərkan çərcivəsində mübarizəyə çağırdı! Bu cür münasibətdən sonra da həmin adamların söyüş və təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyətində heç bir xeyir başlanğıcının qalmadığını göstərir! Belə məqamda isə cəmiyyətin ağıllı və vicdanlı adamları susmamalı, bu təhqir və söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdırlar! İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır-insanlar arasında da, sosial şəbəkələrdə də. Ağıllı və abırlı adamlar müşahidəçi mövqeyində qalmamalı, "beləsinə baş qoşmağa dəyməz " deyib yaxasını kənara çəkməməlidir! Bu baxımdan Əli müəllimin sözügedən statusları bütün vicdanlı, ağıllı vətəndaşlarımızı bir araya gətirməli, Azərbaycan cəmiyyəti üçün yad olan bu iyrənc mübarizə metodu kəskin şəkildə qınanmalıdır!"

Son xəbərlər