Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 300 nəfərə bayram sovqatı verildi - FOTO

19.03.2018 21:32 2 642
Sumqayıtda 300 nəfərə bayram sovqatı verildi - FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
QAC Sumqayıt şəhər bölməsindən Xeberle.com-a bildirilib ki, tədbirə bölmənin himayə etdiyi 200 ahıl və müxtəlif cəmiyyətlərin 100 üzvü qatılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, cəmiyyətdə yardıma ən çox ehtiyacı olan insanlar dövlətin davamlı və hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artır. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

Tədbir bayram süfrəsi arxasında şəhər mədəniyyət müəssisələrinin yaradıcı kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonra şəhər icra hakimiyyətinin bayram sovqatı paylanılıb, yataq xəstələrinin sovqatları isə QAC könüllüləri tərəfindən onların evlərinə aparılıb.

Qeyd edək ki, SOCAR "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev də QAC şəhər bölməsinin qeydiyyatında olan bir qrup ahılla görüşüb, onları təbrik edərək bayram sovqatı verib.

Son xəbərlər