Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb

22.03.2018 01:08 6 392
Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb
Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.

Median.Az
-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb.

Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Son xəbərlər