Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Metroda baş verən terror aktından 24 il ötür

19.03.2018 11:58 5 338
Metroda baş verən terror aktından 24 il ötür
1994-cü il mart ayının 19-da, saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub.

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında Xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metrostansiyanın tavanı bəzi hissələrdə çöküb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib.

İstintaqın nəticələrinə görə, terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib, onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı olub. Saat 8:30-da metronun “28 May” stansiyasından çıxan, “Gənclik” metrostansiyasının platformasına 500 metr qalmış, elektrik qatarının vaqonunda bomba partlayıb. Partlayışdan sonra qatarın vaqonları alışıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb.

“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilib. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndəriblər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını deyib.

Məhkəmə ona ömürlük həbs cəzası verib. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib, sonra isə Azərbaycan prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından silib./oxu.az

Son xəbərlər