Mojo.az Banner
20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |     20:34 Xalq artisti: “Özümü 50 yaşında kişi kimi hiss edirəm”  |     20:29 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     20:21 “Liverpul” Barkolanı transfer etdi  |     20:16 Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı  |     20:08 Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var  |     20:02 Bakıda bu mənzillərə tələbat artdı - Video  |     19:55 Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB  |     19:50 Vardanyanın arvadını 5 ilədək həbs gözləyir - Qarabağa qanunsuz giribmiş  |     19:42 Bakıda sahibsiz it qadına hücum etdi - Video  |     19:37 2048,7 hektar ərazi minalardan təmizlənib  |     19:30 Sentyabrda hava necə olacaq? - Pronqoz  |     19:24 Taryel Qasımov saxlanıldı  |     19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |     18:59 Bakıda bu avtobusda qiymət 65 qəpik oldu  |     18:53 Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü  |    
Left Banner
Right Banner

Bakı metrosunda terrordan 31 il keçir

19.03.2025 13:18 2 166
Bakı metrosunda terrordan 31 il keçir
Bu gün "20 Yanvar" metro stansiyasında terror aktının törədilməsindən 31 il keçir.

1994-cü il mart ayının 19-u saat 13:00-da "20 Yanvar" metro stansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metro stansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.

Cinayət törətmək şübhəsi ilə, terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirilənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.

İstintaq zamanı müəyyənləşdirilib ki, terrorçular təlimata uyğun olaraq, "20 Yanvar" metro stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.

Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.

19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları "20 Yanvar" metro stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.скачать dle 11.3
Mojo.az Banner