Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıya kəsmək üçün heyvan gətirilməsi qadağan olunur

17.03.2018 13:56 3 279
Bakıya kəsmək üçün heyvan gətirilməsi qadağan olunur
"Hazırda ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".
 
Median.Az
-in “Report”a istinadən məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.
 
O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".
 
Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənldirilib və eskizlər çəkilib.
 
Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsimi həyata keçirilir. Ona görə də ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrində ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır. Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".  

Son xəbərlər