Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi bağlandı

03.02.2020 21:16 1 377
Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi bağlandı
Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində, 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri barəsində protokol tərtib edilib.

Median.Az
-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 166 saylı və 139 saylı tam orta məktəblərin yaxınlığındakı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar ötən ilin noyabr ayında Agentliyin Çağrı Mərkəzinə vətəndaş şikayəti daxil olub. Daxil olmuş şikayət araşdırılıb, Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları və Qaradağ İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı həmin ünvandakı kəsim qurğuları ləğv edilərək qanunsuz fəaliyyətlə məşğul olan sahibkar barəsində 05.11.2019-cu il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə istinadən İnzibati xəta haqqında protokol tərtib edilib.

28-29 yanvar 2020-ci il tarixlərində isə yenidən Agentlik əməkdaşları Qaradağ İcra Hakimiyyəti və Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları ilə birgə reyd keçirərkən quraşdırılmış qanunsuz heyvan kəsimi qurğuları ləğv edilib.

Eyni zamanda sahibkarlar bu sahədə maarifləndirilərək heyvan kəsiminin aparılması məqsədilə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələri mövcud olan kəsim məntəqələrinə yönləndirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görülür.

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” ölkə rəhbərinin müvafiq Sərəncamında baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti tədbirlərin görülməsi öz əksini tapmışdır. Hazırda həmin sərəncama uyğun olaraq AQTA, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilməkdədir.скачать dle 11.3

Son xəbərlər