Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib

13.03.2020 19:47 1 091
Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, agentlik əməkdaşları, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reyd keçiriblər.

Reyd zamanı müəyyən edilib ki, həmin ünvanlarda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Agentlik bir daha vətəndaşları bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir, bu cür qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı vətəndaş mövqeyini ortaya qoymağı, bu kimi hallarla əlaqədar AQTA-nın 1003 - Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.скачать dle 11.3