Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda DƏHŞƏT: Ana qızını 200 dollara SATDI - VİDEO

13.03.2018 23:57 3 210
Azərbaycanda DƏHŞƏT: Ana qızını 200 dollara SATDI - VİDEO
Azərbaycanda ana hələ 1 həftəlik ikən satdığı qızının axtarışına çıxdı.

Median.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni Axtarıram" verilişində illər əvvəl ərinin borcunu ödəmək üçün qızını satan qadının danışdıqları insanları dəhşətə gətirib. 25 il əvvəl ərinin borcunu ödəmək üçün 1 həftəlik qızını 200 dollara öz rəfiqəsinə satan qadın indi qızını görmək istədiyini deyir:

"Biz Siyəzəndə qalırdıq. Rəhmətlik yoldaşım balıq satmaqla məşğul idi. Mən də bazarda qatıq, süd, yumurta satırdım. Yoldaşım balıqların pulunu itirmişdi. Kənddə onu ac-susuz tövlədə saxlamışdılar, çox əziyyət vermişdilər. Qorxurdum ki, yoldaşımı öldürərlər. Yazığım gəldi ona, istəmirdim əziyyət çəksin. Mən hələ hamilə olanda bir qadın var idi. Onlarla ailəvi gediş-gəlişimiz olmuşdu. O mənə deyirdi ki, görürəm vəziyyətiniz çətindi, o uşağı saxlaya bilməyəcəksən. Elə o vaxtdan istəyirdi uşağı. Yoldaşım məndən 30 yaş böyük idi. Məndən əvvəl Rusiyada, Ukraynada ailəli olmuşdu, uşaqları da vardı. Onunla ailə quranda mənim 22, onun isə 53yaşı vardı. Ondan 3 qız, 1 oğlan övladım olub. Amma dediyim kimi, kişini öldürməklə hədələyirdilər, mən də məcbur oldum ərimdi, qızımı o qadına 200 dollara satdım, balıq pulunu ödədim. Sonra yoldaşımı buraxdılar".

Aparıcının "qızını niyə axtarmadın" sualına isə qadının verdiyi cavab verilişin iştirakçılarının sərt reaksiyasına səbəb olub: "Mən qızımı 200 dollara padruqama satdım. O da aparıb öz padruqasına verib. Mən bir-iki dəfə görmək istəmişdim, o dedi yox, gəlmə. Sonra da əlaqələrimiz itdi. Bir onu bilirəm ki, qızımı Masallıda yaşayan Almaz adlı qadına verib".

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər