Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb |
Mojo.az Avto
Mojo.az Avto

Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

12.03.2018 13:10 3 426
Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?
Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır?

"Qədərdən qaçmaq olmaz"a inanlardanam. Fevralın 1-də Bakının Nizami rayonu ərazisində sağ tərəflə hərəkət edən avtomobil xarab olub yolda dayandığı üçün məcbur olub solundan keçdim və svetaforun qırmızı işığına düşdüyümdən yaşılı gözləməli oldum. Məndən arxada da DYP avtomobili dayanmışdı. Oradan üç yüz metr aralanandan sonra gördüm həmin DYP avtomobili təqib edir, halbuki təqib qanunla birmənalı şəkildə qadağandır. Saxlayıb gözlədim, inspektor gəlmədi, məcbur olub özüm düşdüm. İzah etdi ki, qarşıdan gələn avtomobillərin yoluna çıxıb saxlamışdın, mən də gözlədim qayda pozuntusunu sona qədər icra edəsən, ona görə də sonradan qovub saxlatdım və s. Mən də izah etdim ki, məndən sağdakı avtomobil hansısa səbəbdən qarşıda saxlayıb hərəkətə mane olurdu, mən də məcburən sola keçdim və asfaltda heç bir nişalanma xətləri olmadığından qarşı yola çıxmağımın da fərqində olmamışam, istəsən gedib birlikdə baxaq orda xətt var, ya yox?

İnspektor dedi ki, guya mənə 4 ballıq, 100 manatlıq cərimə düşür, çünki əks yola çıxıb dayanmışammış. Yaxşısı budur, 3 ballıq, 60 manatlıq cəriməyə "hə" deyim, məsələ bitsin. İşə tələsirdim deyə, mübahisə nəticəsində işə gecikcəyim dəqiq idi, bu səbəbdən də protokola imza atdım. Bir haşiyə çıxıb bildirim ki, sonradan məsələnin dəqiq araşdırılması ilə bağlı müvafiq qurumlara onlayn müraciət etsəm də, bir nəticəsi olmadı, bu günə qədər araşdırmanın nəticəsi barədə heç bir məlumat verilməyib.

Sonradan əmin oldum ki, inspektor məni saxladanda vəzifəsindən sui-istifadə edərək, yalan məlumat verib. Çünki yazılan protokolda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qayda pozmağım iddia olunur. Bu da tətbiq olunan ən ağır cərimədir. 4 ballıq, 100 manatlıq cərimə tətbiq olunmasına əsas verən qayda pozuntusu tötətməyim barədə isə söhbət gedə bilməz. Hətta polisin "saxla" tələbinə əməl etməyənlərə səksən manatlıq cəza tətbiq olunur. Belə çıxır ki, məqsəd, sürücüləri daha ağır cəza ilə qorxudub, öz istədikləri cəzanın təıtbiqinə razı salmaqdır. Halbuki son 5 il ərzində hesabımda heç bir qayda pozuntusu yox idi.
Bir vacib məsələni də qeyd edim ki, İnzibati Xətalar Məcəllsinin 327.2-ci maddəsində həm də böyük bir boşluq var- maneəni kənardan keçməklə bağlı. Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır? Yoxsa cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

Dünən səhər yol polisinin daha bir "sürprizi" iə qarşlılaşdım. Fevralın 5-də, saat 7.56-da "Nargilə" kafesinin yaxınlığından keçəndə radar avtomobilimi çəkib ki, sığorta müddəti bitib. Bundan cəmi 2 saat sonra isə yeni sığorta müqaviləsi qüvvəyə minib. Amma araşdrma aparılmasına baxmayaraq, 2 saat fərqinə görə mənə 50 manatlıq cərimə tətbiq olunub. Halbuki sığorta müqaviləsinin sistemə 2 saat gec oturdulması mənim günahım deyil və bu 2 saat müddətində də heç bir nəqliyyat hadisəsi törətməmişəm. MMX məlumatlarını araşdıran şəxslər bunu nəzərə alaraq, cərimə tətbiq etməyə bilərdilər, amma ediblər.

P.S. "Arqumentı i faktı" qəzetində Riqa şəhər dövlət yol polisi idarəsi rəisinin müsahibəsini oxumuşdum. Deyirdi ki, birinci dəfə qəsdən qayda pozmayanlara güzəşt edilməsi barədə göstəriş verib. Bu həm də sürücülərlə yol polisləri arasında qarşlııqlı etimadın gücləndirilməsinə səbəb olur. Çünki yol polisi qayda pozulmasının və cərimə tətbiq olunmasının deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin marağında olmalıdır.//avrasiya.net

Son xəbərlər