Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ilk: sığorta mübahisələrinin həlli məhkəməsiz mümkün olacaq – VİDEO

03.03.2018 13:22 1 982
Azərbaycanda ilk: sığorta mübahisələrinin həlli məhkəməsiz mümkün olacaq – VİDEO
Sığorta sahəsinin ən böyük problemi sığorta mübahisələridir ki, bu problemin birdəfəlik həll olunması üçün yeni üsul təklif olunur. Nəzərdə tutulan mediasiya modeli dünya təcrübəsində geniş istifadə olunur. Mediasiya dedikdə – Tərəflər arasında danışıqlar yolu ilə mübahisələrin həllinə nail olmaq prossesi nəzərdə tutulur.
 
Hazırda məhkəmələrdə kifayət qədər çox sığorta mübahisələrinin olduğunu deyən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirir ki, bu prosses məhkəmə qanunvericiliyi ilə 3 instansiya keçir və problemin həlli 1 ildən çox vaxt aparır. Bu da nə sığorta şirkətlərinə, nə də sığortalılara sərf etmir. Mediasiya üsulu hə iki tərəfə bərabər şans verir və əsas üstünlüyü ondan ibarətdir ki, problemə çox qısa bir müddətdə baxılır. Yəni, prosses bir mərhələli olur və maksimum 1 gün çəkir. Bu təcrübə sığorta ödənişinin verilib-verilməməsi və ödənişin məbləğini özündə ehtiva edir.
 
Hazırda mediasiya ilə bağlı ixtisaslaşmış şirkətlərin axtarışı aparılır. Maliyyə Bazarlarına Nəzarət palatasının bu təcrübəyə olan münasibətini açıqladıqdan sonra, Sığortaçılar Assosıyasiyasi bu sahədə ən təcrübəli şirkətlə əməkdaşlıq edərək üsulu ölkədə tətbiq edəcək.
 
\\Xezerxeber

Son xəbərlər