Mojo.az Banner
13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj

31.01.2018 18:13 4 908
Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj
Bakı vərəmli xəstələr üçün ümidsiz şəhərdir. Eynilə yazıçı Alber Kamyunun "Taun” əsərindəki Oran şəhəri kimi… Oksigen çatışmazlığı, şəhərin keçəlləşməsi, ekoloji çirklənmə, şam ağaclarının qoparılaraq ticarət köşklərinə qurban verilməsi vərəmli xəstələrin ömrünü qısaltmaqdır.

Ölüm düşərgəsi

Bu cəhənnəmin ortasında özünə sonuncu sığınacaq yeri tapan vərəmli xəstələrin yatdığı 1 saylı Vərəm Əleyhinə Dispanser isə ölüm düşərgəsinə çevrilməkdədir. Axşamlar dispanserin yanından keçəndə vahiməyə gələrsiniz. Zülmət, qaranlıq binada tək-tük sayrışan lampalar, məzarlıq sükutu, ümidsizlik, baxımsızlıq… Xəstələri ziyarətə gələnlərin özləri də vərəmə yoluxmaq riski ilə üz-üzədir: ağızlıq verilmir, baxil qoyulmayıb, soyuq mərmər döşəmə, köhnə-küşkül qapı-pəncərələr, şüşələri kulyonka ilə örtülmüş balkon pəncərələri, şəraitsizlik…

Bu dəhşətli və qorxunc mənzərə açıq sual qoyur: hər bir xəstəxanada qüsurlar, bərbad vəziyyət bağışlanandır, di gəl vərəm kimi yoluxucu xəstəlik daşıyıcılarının yatdığı dispanser yox… Onların isti şəraitə, təmiz yatağa və yaşıllığa ehtiyacı var. Amma ağciyər xəstələri üçün bunlardan yalnız şam ağaclarının olmasını insafən, qeyd etmək olar.


Vərəmlər və qəssabxanalar

Dispanserə yerləşdirilən xəstələr üçün pul alınması, ələbaxımlılıq, rüşvət hallarına gəlincə, araşdırma aparırıq və növbəti reportajda aydınlaşdırmağa çalışacağıq. Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.

Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir. Bunlardan biri də Alatavadakı həmin bu vərəm dispanseridir. Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları görəndə istər-istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?

Qeyd edək ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var. Ki nə fayda?!





Mənbə: azeuronews.comскачать dle 11.3
Mojo.az Banner