Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir radioya ölkə ərazisində yayımlanması üçün tezliklər verilib

30.01.2018 16:30 1 950
Azərbaycanda daha bir radioya ölkə ərazisində yayımlanması üçün tezliklər verilib
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Median.Az
xəbər verir ki, Şuradan "Report"a verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezidentin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

Son xəbərlər