Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Erməni müğənni "Maral" mahnısını oxudu, Nadir əsəbiləşdi : "Dana girsin, gözünə" - VİDEO

25.01.2018 14:21 4 631
Erməni müğənni
Erməni müğənni Artur Mejlumyan azərbaycanlı müğənninin mahnısını ifa edib. 

Baku.ws-in məlumatına görə, erməni ifaçı Nadir Qafarzadənin "Maral" mahnısını erməni dilinə tərcümə edib.

Məclislərdən birində həmin mahnını oxuyan müğənni daha sonra videosunu şəxsi Instagram hesabında paylaşıb. 

Video erməni səhifələrində sürətlə yayılıb və böyük marağa səbəb olub. Azərbaycan mədəniyyətindən daim bəhrələnən ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq musiqimizi olduğu kimi götürüb. Daha çox türk, Azərbaycan və gürcü incəsənəti əsasında formalaşan erməni incəsənəti daha bir musiqi "qazanıb". 

Nadir Qafarzadə də Instagram-da həmin videonu paylaşıb və bunları yazıb: "Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların! Dana girsin, gözünə".

Son xəbərlər