Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər indi də məşhur Kərkük mahnısını oğurladılar – VİDEO

08.10.2018 12:34 2 835
Ermənilər indi də məşhur Kərkük mahnısını oğurladılar – VİDEO
Tarixən türk xalq mahnısı kimi tanınan “Ninnə yarım” mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər. Özü də bu azmış kimi, onu müxtəlif yerlərdə ifa edərək “Youtube” sosial şəbəkəsində paylaşıblar.

"Spitakçı Hayko" kimi tanınan Hayk Qevondyan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirir ki, “Ninnə yarım” mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

Məsələ ilə bağlı ermənişünas İsmayıl Tanrıverdi bildirir ki, ermənilərin belə bir addım atması heç də təəccüblü görünmür. Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar.

İsmayıl Tanrıverdi bildirir ki, “Ninnə yarım” mahnısını saxtalaşdırıb oxuyan Spitakçı Hayko Tiqran Osetiryanla Zeynəb Xanlarovanın “Sən Müşfiqin yanında qal” mahnısını da oğurlayaraq “Youtube”da yayıblar.

Qeyd edək ki, “Ninnə yarım” mahnısını “Alla yar” adı ilə oxuyan Spitakçı Hayko adlı müğənni bir müddətdir ki, “Youtube” sosial şəbəkəsində yayılıb. Yerləşdirilən videolar müxtəlif tədbirlərdə və toylarda ifa olunub.//oxu.azскачать dle 11.3

Son xəbərlər