Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yük maşını körpüdən aşdı – VİDEO + FOTO + YENİLƏNİB

18.01.2018 12:48 5 572
Bakıda yük maşını körpüdən aşdı – VİDEO + FOTO + YENİLƏNİB
Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən oxu.az-a verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.

Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.






Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. 

Yük maşını dəmir maneələrə çırpılaraq təxminən altı metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. 

Son xəbərlər