Bakıdakı söküntü “bumu” mənzil kirayəsini bahalaşdırdı – REPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:57 Konor Makqreqor yenidən UFC-yə qayıtdı  |     15:41 Rusiya ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     15:33 Azərbaycanda sabiq məhkəmə hakimi vəfat etdi  |     15:31 Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücünün ANBAAN GÖRÜNTÜLƏRİ (Video)  |     15:27 Arıqlamaq üçün sirkə turşusu içən Sumqayıt sakini öldü  |     15:26 SOCAR-ın vitse-prezidenti Azərbaycan qazının Suriyaya tədarükünü yüksək qiymətləndirib  |     13:28 Məhəmməd Əl Bəşir: "Azərbaycan qazının Suriyaya çatdırılması ölkənin bərpasına dəstəkdir"  |     13:27 Kolumbiyanın sabiq prezidenti 12 il azadlıqdan məhrum edilib  |     13:26 Xaçmazda sürücü sükan arxasında ürəktutmasından ölüb, avtomobil ayırıcı zolağa çırpılıb  |     13:25 Mikayıl Cabbarov: "Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı mühüm və tarixi hadisədir"  |     13:25 Necmettin Dönmez: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"  |     13:24 Sərhəddə ƏMƏLİYYAT: Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  |     13:23 Bakıda atasından pul alan qadını əri döydü, həbs edildi  |     13:21 Ukraynanın Aİ üzvlüyü üçün vacib şərt: Eynicinsli nikahlara icazə  |     13:21 Azərbaycan ATƏT-in Minsk Qrupunun ləğvini zəruri hesab edir  |     13:15 ABŞ-nin strateji əhəmiyyətli hərbi bazasında gərginlik: Şlaqbaumu sındıran sürücü güllələndi  |     13:14 Ənvər Seyidov vəfat etdi  |     23:03 Böyük gəmilər sunami xəbərdarlığından sonra niyə limanları tərk edir?  |     22:56 “SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib  |     22:50 Lavrov: ABŞ Ukraynanın Rusiya ilə danışıqlara razılaşmasına töhfə verib  |    

Bakıdakı söküntü “bumu” mənzil kirayəsini bahalaşdırdı – REPORTAJ

Median.Az xəbər verir ki, Son aylar paytaxt Bakıda söküntü işlərinin sürətlənməsi kirayə mənzillərin kəskin bahalaşmasına səbəb olub. Bahalaşma ilə yanaşı, kirayə ev tapmaq da müşkül məsələyə çevrilib.

“Yeni Müsavat” qəzetinin müxbiri Nizami rayonu ərazisində yerləşən kirayə mənzil bazarında olub, bahalaşmanın səbəblərini öyrənməyə çalışıb.

Ərazidə olduğumuz zaman mənzil bazarında canlanma müşahidə etdik. Həmişə sönük gördüyümüz bazarda kifayət qədər kirayə ev axtarışına çıxanların şahidi olduq.

Satıcılar mənzil bazarının canlanmasının səbəbini paytaxt Bakıda pilot layihələrin həyata keçirilməsi ilə əlaqələndirdilər: “Bakının bir neçə rayonunda söküntü işlərinə başlanılıb. Köhnə, qəzalı binaları sökərək yerində çoxmərtəbəli binalar tikirlər. Bu zaman sakinləri bir neçə illiyinə müxtəlif yerlərdə kirayə mənzillərə köçürürlər. Bu isə kirayə mənzil bazarına öz təsirini göstərir. Son zamanlar mənzil bazarında bu qədər müştəriyə rast gəlməmişdik”.

Müştərilərlə isə kirayə mənzillərin kəskin şəkildə bahalaşdığını dilə gətirdilər. Kirayə mənzil axtarışına çıxan Rafiq Hacıyev metrostansiyaların ətrafında olan mənzillərin daha baha təklif olunduğunu bildirdi: “Bir həftədən çoxdur ki, mənzil axtarıram. Ancaq ötən ayla müqayisədə çox fərq var. “Neftçilər” metrostansiyanın ətraflarında yeni tikili binadan ikiotaqlı, orta təmirli kirayə mənzilin aylığı 400-450 manatdır. Köhnə tikililər isə nisbətən ucuzdur. İkiotaqlı orta təmirli mənzilin aylıq kirayəsi 350, üçotaqlılar isə 400-450 manatdır. Ümumiyyətlə, yeni binalarda olan mənzillərə tələbat daha çoxdur”.

R.Hacıyev bir neçə gündür ki, nəzərdə tutduğu məbləğə kirayə mənzil tapa bilmədiyini bildirdi: “Düşündüm ki, 250-300 manata normal şəraitli ikiotaqlı ev taparam. Ancaq bu beş gün ərazində hər gün maklerlərlə əlaqə saxlasam da, ev alqı-satqısı ofislərinə baş vursam da, tapa bilməmişəm. Əslində iki ay öncə dediyim məbləğə normal ev tapa bilərdim. Təsəvvür edin ki, iki ayda kirayə evlər 100-150 manat bahalaşıb”.

Bazarda müşahidəmiz zamanı kirayə mənzil axtaranların daha çox şəhərin mərkəzi hissələrində yaşayanlar olduğunu öyrəndik. Onlarla söhbətimiz zamanı aydın oldu ki, ev axtarışına gələnlərin bir çoxunun mənzili pilot layihə çərçivəsində plana düşüb. Həmin ailələr isə rahatlıq baxımından metro ətraflarına axın edirlər: “Nərimanov rayonunun sakiniyəm. Yaşadığım bina əlverişli yerdə yerləşsə də, qəzalı vəziyyətdə idi. Tikinti şirkəti bizimlə müqavilə bağlayıb, kirayə mənzillərə köçürür. Evim iki otaqdan ibarət olduğundan 400 manat verdilər. Bu qiymətə isə Nərimanov rayonu ərazisində kirayə ev tapmaq müşkül məslədir. Bu səbəbdən də metro stansiyalarının ətrafında ev axtarıram. Lakin burada da kirayə qiymətlər çox bahadır. Bundan əlavə, bazarda qıtlıqdır, seçim azdır. “Makler”lər sanki evləri auksiona çıxarıblar. Tələbat çox olduğundan qiymətləri süni şəkildə artırırlar. Bəzən bir mənzil üçün eyni zamanda 3-4 nəfər namizəd olur. Belə olan halda bahalaşma qaçılmazdır”.

İqtisadçı ekspert Vüqar Bayramlı kirayə mənzil bazarında bahalaşmanın səbəblərini belə izah edir: “Aylıq kirayə haqqı yüksək olan mənzillərin kirayə haqqında son aylar hər hansı qiymət dəyişikliyi olmayıb. Çünki bu cür evlərə tələbat elə də çox deyil. Təqribən 300- 400 manat civarında olan evlərə tələb yüksəkdir. Kirayə mənzillərin bahalaşmasının əsas səbəblərindən biri rayonlardan Bakıya gələnlərin artmasıdır. Eyni zamanda turistlərin sayı da kirayə mənzil bazarındakı qiymətlərə birbaşa təsir göstərir. Bununla yanaşı, paytaxtda aparılan son söküntü işləri ilə bağlıdır. Mənzil bazarına daxil olan vəsaitin də həcmi artıb. Çünki tikinti işləri ilə əlaqədar olaraq həmin binalarda yaşayanlara iki il müddətində kirayə haqqı ödəyərək, kirayə mənzillərə köçürülür. Təbii ki, belə olan halda kirayə mənzil bazarında bahalaşma müşahidə olunur. 2018-ci ildə dövlət büdcəsindən inşaata daha çox vəsaitin ayrılası nəzərdə tutulub. Bu isə sökülən binaların sayına təsir göstərəcək. Nəticədə kirayə bazarına tələb artacaq. Lakin bu tələbat bahalı kirayə mənzillərə şamil olunmayacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 974 12.01.18 14:39