Mojo.az Banner
15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlətə xəyanətdə ittiham olunan şəxslərlə bağlı YENİ XƏBƏR

11.01.2018 16:33 2 833
Dövlətə xəyanətdə ittiham olunan şəxslərlə bağlı YENİ XƏBƏR
Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.

Qeyd edək ki, ötən il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner