Mojo.az Banner
20:02 "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı  |     19:57 Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı  |     19:44 Bakıda maşın yandı - Video  |     19:38 Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb  |     19:30 Sabah 33° isti olacaq  |     19:25 Saxta sənədlə 17 il təyyarə sürdü, milyonlar qazandı  |     19:16 Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - Video  |     19:11 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     19:03 "Ermənistanda seçkilər görünməmiş təzyiq altında keçirildi" - Zaxarova  |     18:59 Məzuniyyətə çıxanlar üçün vacib xəbər - Video  |     18:50 Bakıda obyekt səkini zəbt edib - Video  |     18:45 Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü  |     18:37 BVF Ermənistana 25 milyon dollarlıq kredit ayırdı  |     18:25 “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər?  |     18:22 DTX-ın həbs etdiyi Saleh Səmədov İFADƏ VERDİ  |     18:12 Serbiya Prezidenti Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib  |     18:08 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     18:00 Bakı Zooloji Parkında yeni doğulan pələng balaları ziyarətçilərin marağına SƏBƏB OLDU - Video  |     17:49 Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb  |     17:46 Bakının bəzi ərazilərində qaz olmayacaq  |    
Left Banner
Right Banner

Hələ qanunun "sağı-solu" bəlli deyil, lakin şəhəri qadağa elanları bürüyüb

10.01.2018 18:49 2 999
Hələ qanunun
Artıq "Siqaret çəkmək qadağandır" elanına hər yerdə rast gəlmək mümkündür

Ötən il dekabrın 29-da prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunu təsdiq edib. Qanuna görə, bir çox yerlərdə, o cümlədən restoran, kafe və barlarda siqaret çəkmək qanunla qadağan edilib.

Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə kafe və restoranda olan son vəziyyətlə maraqlanıb. "İnşaatçılar" metrostansiyası yaxınlığında fəaliyyət göstərən kafelərdən birində nəzarətçi işləyən Samir İbrahimovun sözlərinə görə, yeni qanunun tətbiq edilməsi təqdirəlayiq olsa da, obyekt sahiblərini bir qədər çətin duruma salıb.

"Belə ki, kafelərə müraciət edən müştərilərin əksəriyyəti siqaret aludəçisi olduğu üçün onlara "çəkməyin" demək asan olmur. Biz bir qədər məlumatlı insanlarıq. Amma elə müştəri var ki, yeyib-içdikdən sonra siqaret çəkmək istəyir. Düşünürəm ki, siqaret çəkmək qadağası nəticəsində biz müştəri itirəcəyik. Amma başqa çarə də yoxdur, çünki cərimə məbləğləri böyükdür" — İbrahimov bildirib.

Onun sözlərinə görə, onlar "Siqaret çəkmək qadağandır" elanını yazdıraraq divara vurublar: "Amma kafe kiçik olduğundan siqaret çəkmək üçün ayırmağa əlavə yer yoxdur. Bununla belə, hələ bizə sərt şəkildə xəbərdarlıq olunmayıb. Sahə müvəkkili sadəcə xəbərdarlıq etdi ki, "diqqətli olun". Amma hazırda heç bri cərimələnmədən söhbət getmir. Biz də diqqətli olmağa çalışırıq".

Digər restoran nəzarətçisi Vasif Abdullayev isə bildirib ki, çalışdığı restoranda siqaret çəkmək üçün xüsusi salonlar var: "Biz restoranda bütün müştəriləri nəzərə alırıq. Buna görə də siqaret çəkənlər üçün ayrı, çəkməyənlər üçün ayrı salonlarımız var. Həmin salonlarda xüsusi havalandırma sistemi qurulub. Yəni biz əvvəldən öz qanunlarımızı qoymuşduq".


"Amma indi bir problem var ki, xüsusi kabinetlərdə siqaret çəkmək istəyən müştərilər olacaq ki, onlar çox zaman ailəvi olaraq gəlirlər. Düşünürəm ki, onlara da yeni qanundan söz açsaq, başa düşərlər. İndiki zamanda heç kim 30 manat məbləğində cərimə edilmək istəməz. Bizim bir məsuliyyətimiz var ki, hər yerə "siqaret çəkmək qadağandır" elanı vuraq. Gerisini müştəri özü düşünsün" — o, qeyd edib.

V.Abdullayev də hələlik işlədiyi restorana heç bir xəbərdarlıq və cərimə tətbiq edilmədiyini deyib: "Düzünü deyim, biz də gözləyirik. Qanundan xəbərdar olsaq da, bizim də səhvlərimiz ola bilər. Bu barədə, məncə, 6-7 aydan sonra danışmaq yaxşı olar".


Sputnik Azərbaycan-a danışan hüquqşünas Ərşad Hüseynov isə siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı sahibkarlarda müəyyən narahatlıqlar yarandığını vurğulayıb: "Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahiblərinin üzərinə bircə vəzifə qoyub: hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə həmin obyektdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sahibkarlıq bir şey yoxdur. Sahibkar yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyır".

Hüquqşünas bildirib ki, 18 yaşına çatmayanlara siqaret satmaq, siqareti reklam etmək və sulu qəlyan təklif etmək də inzibati xəta məsuliyyəti daşıyır: "Yeni qanun obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. "Siqaret çəkmək qadağandı" elanı yoxdursa, buna görə fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat cərimə oluna bilər. "Siqaret çəkmək qadağandır" elanı varsa, deməli orada çəkmək olmaz. Xüsusi tələb (havalandırma və s.) o halda və o yerdə məcbur olacaq ki, obyektdə ayrıca siqaret çəkmə yeri olsun".

Hüseynovun sözlərinə görə, əksər qapalı ictimai yerlərdə (iş yeri, restoran və s.) çəkməyin cəriməsi 30 man, amma bəzi xüsusi yerlərdə fərqli, məsələn, metroda 50 manatdır. Hüquqşünas hesab edir ki, bu qadağalara görə cərimələr, əsasən polisin səlahiyyətinə aiddir.


Diqqətə çatdıraq ki, sözügedən qanun qüvvəyə minsə də, onun icra mexanizmləri hələ formalaşmadığından indiki halda kiminsə cərimə olunmasından söhbət gedə bilməz. Bunu millət vəkilləri qeyd edirlər.

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, elə bu qanuna əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində dörd yüz manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib".

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr "Tütün və tütün məmulatı haqqında" qanununa istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir.

"Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun isə mövcud İXM-nin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur" — deputat bildirib.

"Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-nin 212. maddəsi sadəcə siqaret çəkməklə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan)" — o, əlavə edib.


Millət vəkilinin sözlərinə görə, digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər: "Təbii ki, bu, qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın, Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək"-deyə millət vəkili bildirib.
скачать dle 11.3
Mojo.az Banner