Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq

08.01.2018 11:45 2 457
Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq
Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, YAP bəzi partiyalar kimi, sadəcə, seçkilərdən seçkilərə hazırlaşmır, bu, daimi bir prosesdir.

“Hakim partiya daim seçkilərə hazır vəziyyətdədir. Seçki - istər prezident, istər parlament, istərsə prezident seçkiləri olsun - başa çatdı, səhərisi gün YAP seçkiyə hazırlıqlara başlayır. Biz bəzi özlərindən razı, amma cəmiyyətdə sosial dayaqları, nüfuzları olmayan partiyalar kimi, oturub seçkilərə rəsmən strart veriləcəyi günü gözləmirik, seçki hazırlıqları hər zaman diqqətimizdə və gündəmimizdədir. Ona görə də hər an istənilən seçkilərə hazır vəziyyətdəyik.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Partiyamızın rəhbər şəxslərinin, o cümlədən, YAP sədrinin müavini və icra katibi Əli Əhmədovun bugünlərdə vurğuladığı kimi, Azərbaycan dövləti, YAP iqtidarı ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır və hər zaman olduğu kimi, bu dəfə də bu prosesin şəffaf aparılması üçün hər cür bərabər imkanlar, şərait yaradılıb. Zamanı gələndə bu istiqamətdə gərəkən nə varsa, hamısı icra olunacaq, təmin ediləcək. Çünki biz başqalarının diktəsi ilə hərəkər etmirik, oturub-durmuruq. Biz müstəqil siyasət yeridirik.

Demokratiya, demokratik seçkilər də bizim öz könüllü seçimimizdir. Odur ki, Azərbaycanda 2018-ci ilin payızında keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı kimsənin iradı ola bilməz. Azərbaycan dövləti, YAP, İlham Əliyev hakimiyyəti hər zaman olduğu kimi, builki seçkilərin də demokratik və azad keçirilməsi üçün hər cür imkan və şərait yaradacaq, yəni, demokratik, azad, ədalətli seçkilərin təminatçısı olacaq. Buna kimsənin şübhəsi ola bilməz. 2018-ci il prezident seçkiləri də Azərbaycanın demokratiya yolunda irəli doğru daha biri addım olacaq”, – deyə YAP rəsmisi bəyan edib./oxu.az

Son xəbərlər