Mojo.az Banner
21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mayorun kupçalı evinə basqın edib sökdülər, özünə isə ağır xəsarətlər yetirildi – Sumqayıtda şok hadisə

06.01.2018 14:01 3 286
Mayorun kupçalı evinə basqın edib sökdülər, özünə isə ağır xəsarətlər yetirildi – Sumqayıtda şok hadisə
Sumqayıtda dünən sensasion hadisə baş verib.

Bu barədə mia.az-a Sumqayıtın Bağlar massivi deyilən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

Onun sözlərinə görə, şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduğunu deyən 20-dək idmançı görkəmli şəxslər ərazidə ev tikib tamamlayan bir hərbçinin evinə basqın ediblər:

“Hadisə zamanı həmin hərbi formada olan mayor rütbəli, orta yaşlı hərbçinin evini sökmək istəsələr də, o, “kupça” göstərərək, qanunsuz heç nə görmədiyini deyərək, söküntünün dayandırılmasını tələb elədi.

Bu zaman onlar arasında mübahisə yarandı və İcra Hakimiyyətinin işçiləri hərəsi bir yandan tökülüşüb, evi sökməyə başladılar. Mayor isə israrla qanunsuz iş görmədiyini deyərək, söküntünün qabağına keçmək istəyirdi. Lakin hücum edənlər nə evin qanuni sənədlərinə, nə də həmin evin sahibinin hərbiçi olmasına məhəl qoymadan qanunsuz əməllərini davam etdirdi. Belə bir anda qəfildən onlardan 5-6 nəfəri söküntüyə mane olmaq istəyən hərbiçinin üstünə tökülüşüb, onu sanki erməni vururmuş kimi döyməyə başladılar.

Müşahidələrimə görə, Azərbaycan hərbiçisi icra məmurlarının zərbələrindən ağır bədən xəsarətləri aldı, onun sifət nahiyəsini qan içində idi, ağır zərbə izləri açıq görünürdü. Bəlkə də sizə inandırıcı olmayacaq, ancaq həqiqətən onu amansızcasına vurdular. Sanki Vətən torpağını qoruyan hərbiçi düşmən idi, söküb-dağıdılan da onun evi yox, düşmən postu idi. Dəhşətli bir mənzərə idi”.

Hadisə şahidinin sözlərinə görə, hazırda hərbiçinin kupçalı evini tamamilə sökürlər: “Görünür, o, ya tələb olunan rüşvəti verməyib, ya da Sumqayıtda qayda-qanun, sənəd sayan yoxdur. Əks halda günorta çağı Azərbaycan ordusunun mayorunun evini nə sökər, nə də özünə o cür ağır bədən xəsarətləri yetirilərdi…”.

Məsələ ilə bağlı döyülən hərbçi ilə yanaşı, İH-nin memarıyla danışmaq cəhdlərimiz alınmadı.

Mövzuya qayıdacağıq.скачать dle 11.3
Mojo.az Banner