“Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ
Əmək müqaviləsi rəsmiləşdirilmədən işə başlayan və müəyyən müddət çalışdıqdan sonra əməkhaqqını ala bilməyən şəxslərin hüquqları məsələsi yenidən gündəmə gəlir. Bəzən işçi bir neçə həftə və ya bir ay işlədikdən sonra işdən ayrılır, lakin ona vəd edilən əməkhaqqı ödənilmir. İşəgötürən isə ödənişi müxtəlif bəhanələrlə gecikdirərək “sabah verəcəyik” deməklə məsələni uzadır.
Bəs belə vəziyyətdə əmək müqaviləsinin ümumiyyətlə bağlanmaması işçinin əməkhaqqını tələb etmək hüququnu aradan qaldırırmı? İşçinin faktiki olaraq həmin müəssisədə çalışdığını sübut edən yazışmalar, iş tapşırıqları, ödəniş və digər məlumatlar hüquqi prosesdə əsas kimi istifadə edilə bilərmi? Belə hallarda Dövlət Əmək Müfəttişliyi Xidməti hansı tədbirləri görə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən hüquqşünas Emil Nuriyev bildirib ki, işəgötürən və işçi arasında olan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Hüquqşünasın sözlərinə görə, hər bir işəgötürən qanunvericiliyin tələblərinə uyğun işçi ilə əmək müqaviləsi bağlamalıdır. İşçinin əmək fəaliyyətinə görə əmək haqqının alınması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İşçinin əmək fəaliyyəti nəticəsində almalı olduğu əmək haqqının verilməməsi və digər mübahisələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-293-cü maddələrinə əsasən tənzimlənir.
Emil Nuriyev qeyd edib ki, işçi ona əmək haqqının verilməməsinə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ilə müraciət edə bilər. Bundan başqa işçi hüquqlarının bərpası üçün müvafiq məhkəməyə iddia ərizəsi ilə də müraciət edə bilər. İşçi işləməsinə dair bütün sübutları məhkəməyə və ya inzibati orqana təqdim etməlidir.
Hüquqşünas vurğulayıb ki, işçi ilə əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb edən işəgötürən barəsində inzibati tənbeh tətbiq edilə bilər.
Cərimə məsələsinə də toxunan mütəxəsis sonda deyib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir".
Dəniz Pənahova
Median.Az
Bəs belə vəziyyətdə əmək müqaviləsinin ümumiyyətlə bağlanmaması işçinin əməkhaqqını tələb etmək hüququnu aradan qaldırırmı? İşçinin faktiki olaraq həmin müəssisədə çalışdığını sübut edən yazışmalar, iş tapşırıqları, ödəniş və digər məlumatlar hüquqi prosesdə əsas kimi istifadə edilə bilərmi? Belə hallarda Dövlət Əmək Müfəttişliyi Xidməti hansı tədbirləri görə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən hüquqşünas Emil Nuriyev bildirib ki, işəgötürən və işçi arasında olan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Hüquqşünasın sözlərinə görə, hər bir işəgötürən qanunvericiliyin tələblərinə uyğun işçi ilə əmək müqaviləsi bağlamalıdır. İşçinin əmək fəaliyyətinə görə əmək haqqının alınması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İşçinin əmək fəaliyyəti nəticəsində almalı olduğu əmək haqqının verilməməsi və digər mübahisələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-293-cü maddələrinə əsasən tənzimlənir.
Emil Nuriyev qeyd edib ki, işçi ona əmək haqqının verilməməsinə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ilə müraciət edə bilər. Bundan başqa işçi hüquqlarının bərpası üçün müvafiq məhkəməyə iddia ərizəsi ilə də müraciət edə bilər. İşçi işləməsinə dair bütün sübutları məhkəməyə və ya inzibati orqana təqdim etməlidir.
Hüquqşünas vurğulayıb ki, işçi ilə əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb edən işəgötürən barəsində inzibati tənbeh tətbiq edilə bilər.
Cərimə məsələsinə də toxunan mütəxəsis sonda deyib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir".Dəniz Pənahova
Median.Az