Mojo.az Banner
14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK

27.06.2020 13:13 1 647
Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda yoxdur. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.скачать dle 11.3
Mojo.az Banner