Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu - 17 yaşlı oğlu saxlanıldı (Yenilənib)

19.09.2026 14:19 438
Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu - 17 yaşlı oğlu saxlanıldı (Yenilənib)
Bakının Suraxanı rayonunda anasına çoxsaylı bıçaq zərbələri endirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, bıçaqlanan qadının vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlanın anasını bıçaqladığı iddia edilir.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Ehtimal edilir ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər