Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

"Volkswagen" 208 min avtomobili geri çağırır - Səbəb

19.09.2026 14:13 444
"Volkswagen" konserni ABŞ-də 208 724 avtomobili geri çağırmaq qərarına gəlib.

Median.Az
"Reuters"ə istinadən xəbər verir ki, servis kampaniyası 2018-ci il istehsalı olan "Tiguan", 2018-2019-cu illərdə buraxılmış "Atlas" və 2019-2021-ci illərin "Audi Q3" modellərinə şamil olunacaq. Geri çağırılma prosesinə ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) nəzarət edəcək.

Servis aksiyasının keçirilməsinə səbəb sükan valının bərkidici boltunun vaxtından əvvəl korroziyaya uğraması və sınma riskidir. Bu nasazlıq idarəetmənin itirilməsinə və nəticədə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bununla belə, indiyədək sözügedən problemlə əlaqədar hər hansı qəza halı qeydə alınmayıb.

Kampaniya çərçivəsində servis mərkəzlərinə gətirilən avtomobillərdə sükan valının bərkidici boltu dəyişdiriləcək. Bütün təmir işləri ödənişsiz həyata keçiriləcək.

Xatırladaq ki, iyulun sonunda "Volkswagen" ABŞ-də 57 851 ədəd "Atlas" və "Atlas Cross Sport" krossoverini də servisə cəlb etmişdi. Həmin vaxt kampaniya mərkəzi ekranın və arxa görüntü kamerasının düzgün işləməsinə mane ola biləcək elektrik sistemi problemlərinə görə elan olunmuşdu.

Son xəbərlər