Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ

10.09.2026 11:25 552
Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ
Son dövrlərdə taksi xidmətlərinin qiymətlərində müşahidə olunan dəyişikliklər sərnişinlərin diqqətini çəkir. Taksi avtomobillərinə qoyulan yeni tələblər, buraxılış kartları və kvotalarla bağlı tətbiq edilən dəyişikliklər bazarın fəaliyyətinə təsir göstərir. Bu dəyişikliklərin taksi sayına və nəticə etibarilə gediş haqlarına təsiri da müzakirə olunur. Taksi fəaliyyətinə tətbiq edilən yeni tələblər və məhdudiyyətlər bazara necə təsir edib?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a deyib ki, sentyabr ayı təkcə yeni tədris ilinin başlanması deyil, həm də məzuniyyətlərin başa çatması və şəhərdə adi iş rejiminin bərpası ilə xarakterizə olunur:

“Bu dövrdə nəqliyyata olan tələbatın artacağı gözlənilir. Xüsusilə "28 May" və "Nizami" metro stansiyalarında gediş-gəlişin məhdudlaşdırılması fonunda taksidən istifadəyə tələbat arta bilər. Digər tərəfdən, son dövrlərdə taksilərin sayının azalması da qiymətlərə təsir edə biləcək amillərdən biridir. Əvvəllər Bakıda 100 mindən çox, hətta təxminən 130 min taksinin fəaliyyət göstərdiyi qeyd olunurdu. Sonradan tətbiq edilən yeni tələblər və sanksiyalar nəticəsində taksilərin sayı azalıb. Lakin bu, həmin avtomobillərin tamamilə fəaliyyətini dayandırması demək deyil. Bir sıra sahibkarlar avtomobillərini sataraq digər sahələrə, o cümlədən kuryer və çatdırılma xidmətlərinə yönəldiblər. Bununla belə, bazarda tələb artarsa, təklifin də buna uyğun formalaşacağını düşünürəm. Əgər vətəndaşlar taksi tapmaqda çətinlik çəksələr və qiymətlərin artdığını görsələr, sahibkarlar üçün yenidən bu sahəyə qayıtmaq maraqlı ola bilər”.

O qeyd edib ki, taksi qiymətlərinin sentyabrdan etibarən konkret olaraq 3 manata və ya 2,70 manata qalxacağını indidən proqnozlaşdırmaq çətindir:

“Lakin belə bir artımı tamamilə istisna etmək də olmaz. Çünki qiymətlər sahibkarların qərarlarından, bazardakı tələb-təklif nisbətindən və müvafiq dövlət qurumları ilə razılaşdırılan qərarlardan asılıdır. Ona görə də sentyabr ayında taksi qiymətlərində dəyişiklik ehtimalını istisna etmirəm. Əsas müəyyənedici amil isə bazarda tələb və təklifin necə formalaşacağı olacaq”.

Aysel

Son xəbərlər