Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər |
Mojo.az Avto
Mojo.az Avto

Bu məktəblərin fəaliyyəti dayandırılacaq

05.09.2026 17:20 399
Bu məktəblərin fəaliyyəti dayandırılacaq
Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Median.Az xəbər verir ki, Modern.az-a bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin doğma yurdlarına qayıdışı ilə paralel həmin ərazilərdə müasir təhsil infrastrukturunun bərpası və dayanıqlı təhsil şəbəkəsinin qurulması istiqamətində tədbirlər davam etdirilir.

Açıqlamada qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılır və həmin məktəblər işğaldan azad edilmiş ərazilərdə yenidən təşkil edilir.

Regional Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilindən etibarən şagird sayının kəskin azalması səbəbindən Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Həmin məktəblərdə təhsil alan şagirdlərin təhsilini digər yaxın ümumtəhsil müəssisələrində davam etdirməsi planlaşdırılır.

Son xəbərlər