Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda müxalifət lideri ilə bağlı məhkəmədən QƏRAR

04.09.2026 19:17 471
Ermənistanda müxalifət lideri ilə bağlı məhkəmədən QƏRAR
İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri, iş adamı Qaqik Sarukyanın həbs müddətini daha iki ay uzadıb.

Median.Az
TASS-a istinadən bildirir ki, bu barədə vəkil Emil Xaçatryan məhkəmə binasının qarşısında jurnalistlərə məlumat verib.

Məlumata görə, istintaq iş adamını fırıldaqçılığa kömək etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham edir.

"Ermənistan məhkəməsi Sarukyanın həbs müddətini daha iki ay uzatdı. Biz bir daha bu işdə ədalətin olmadığına əmin olduq", - deyə vəkil etirazını bildirib.

Vəkil, həmçinin qeyd edib ki, qanunla müəyyən edilmiş müddət ərzində məhkəmənin qərarından yuxarı instansiyaya şikayət verəcəklər.

Xatırladaq ki, daha əvvəl Qaqik Sarukyan barəsində dələduzluq və çirkli pulların yuyulması ittihamları üzrə iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Son xəbərlər